Beynəlxalq Missionerlər Qrupunun açıqladığı illik hesabatda xristianlara ən pis rəftar qeydə alınan ölkələrin adları açıqlanır. Həmin siyahının başında Şimali Koreya durur.
“Evə qayıdanda o, Boko Haram üzvləri ilə rastlaşıb” deyən Damaris Atsen həyat yoldaşının Nigeriyanın müsəlman qruplaşması tərəfindən bıçaqlanaraq öldürüldüyünü yadına salır.
“Mən çarəsiz idim. Mənim artıq həyatımın mənası yox idi” deyə, o bildirir.
Xristianlar üçün ən təhlükəli ölkələrdən danışan “Açıq Qapılar” missioner qrupun illik təqdimatında onun hekayəsinə xüsusi yer verildi.
“Açıq Qapılar”ın Birləşmiş Ştatlar nümayəndəliyinin prezidenti David Körri Nigeriyanın 50 ölkə arasında xristianlara qarşı İslam ekstremizminin ən təhlükəli ölkə olduğunu vurğuladı. “Dünya hələ bunu dərk etmir, xristianlara qarşı təhlükə realdır və dəhşətli zorakılıqlar tez-tez baş verir”
Siyahıda adları çəkilən bu ölkələr həm də ən çox insan hüquqlrını pozan ölkələrdir. Buna görə də belə bir sual çıxır ortaya, nə üçün xristianlara qarşı təqiblər ayrı kateqoriyada göstərilməlidir?
“Xristianlara qarşı təqib başqa insan haqları pozuntuları üçün göstəricidir. Adamlar etiqadlarına görə hücumlara məruz qalanda başqa sosial pozuntular da gündəmə gəlir” deyə, David Körri bildirir.
Dini Azadlıqlar Mərkəzindən Nina Şi İraqda istər sünni olsun, istərsə də şiə, müsəlmanların da hədəfə çevrildiyini, lakin xristianlar üçün bunun fərqli olduğunu deyir. “Bu, baş verəcək, sünnilər də, şiələr də əmin-amanlıq olanda İraqa dönəcək, lakin biz xristianların geri dönəcəyindən əmin deyilik.”
“Açıq Qapılar”ın təməli 1950-ci illərdə, İncilin “dəmir pərdə” arxasında saxlandığı vaxt qoyulub. Ölkəsində Allah sayılan Kim Con Unun başçılıq etdiyi kommunist Şimali Koreya artıq 13-cü ildir ki, bu qrupun siyahısında ön sırada gedir.