Çinin Sincan vilayətində bomba hücumları olub

The aftermath of bomb attack in Urumqi market place (Photo: Social media)

Çinin dövlət mediasının bildirdiyinə görə, Sincan regionunun paytaxtındakı ticarət mərkəzində törədilmiş bomba hücumu 31 nəfərin ölümünə səbəb olub.

Rəsmi Şinhua xəbər agentliyi iki maşının Urumçi şəhərinin mərkəzinə, Renmin parkının yaxınlığına sürüldüyü zaman partlayışların baş verdiyini və 90 nəfərdən çox insanın yaralandığını bildirib.

Şahidlər onlarla partlayicı maddənin həmin maşınlardan atıldığını deyib. Şinhua maşınlardan birinin hadisə yerində partladığını bildirib. Sosial medianın yayımladığı şəkillərdə hadisə yerində yanğın və tüstü, eləcə də yerə uzanmış cəsədlər göstərilir.

Çin prezidenti Ci Tzinpin terrorçuları ciddi cəzalandıracağına söz verib. Hadisənin məsuliyyətini isə hələ üzərinə götürən olmayıb.

Sincan vilayətində yaşayan uyğurlar uzun müddət Çin əsarətinə qarşı çıxıblar. Regionda aparılan çinliləşdirmə siyasəti nəticəsində hazıra türk mənşəli uyğurlar vilayət əhalsinin dörddə birini təşkil edir.