Şinin Cənubi Koreyaya səfəri ciddi şəkildə nəzərdən keçirdiyi deyilir

Şi Tsinpin

Yonhap xəbər agentliyi bildirib ki, Çin Prezidenti Şi Tsinpin şənbə günü deyib ki, o, Koreya Yarımadasında sülh və təhlükəsizliyi dəstəkləmək səylərinin bir hissəsi olaraq Cənubi Koreyaya səfər etməyi nəzərdən keçirir.

Çin Mərkəzi Televiziyası, CCTV, isə bildirib ki, Şi Cənubi Koreya baş naziri Han Dak-suya şənbə günü deyib ki, Çin iki ölkə arasında strateji tərəfdaşlığını inkişaf etdirmək üzərində işləməyə hazırdır.

2014-cü ildən bəri Cənubi Koreya səfər etməyən Şi şənbə günü Asiya Oyunlarının açılış mərasimindən öncə Çinin şərqindəki Hanqju şəhərində Hanla danışıqlar aparıb.

Əməkdaşlığa dair öhdəlik çərşənbə axşamı Seulda Çin, Yaponiya və Cənubi Koreyanın yüksək vəzifəli rəsmilərinin iştirakı ilə keçiriləcəyi planlaşdırılan üçtərəfli danışıqlardan əvvələ təsadüf edib.

Yonhap xəbər verir ki, Şi Hana münasib zamanda belə bir sammiti müsbət qarşılayacağını və Cənubi Koreyaya səfər etməyi ciddi olaraq nəzərdən keçirəcəyini deyib.

Çinin açıqlamasında Şininin sammit və ya Seula səfərlə bağlı sözlərindən bəhs edilməyib.

CCTV-nin bildirdiyinə görə, Çin Cənubi Koreyanın əməkdaşlığa dair müsbət istəyinə böyük əməhmiyyət verir və Cənubi Koreyanı dostluq əməkdaşlığı istiqamətini qorumaq üçün birlikdə hərəkət etməyə çağırıb. O deyib ki, iki ölkə qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirə bilər.

Yonhap Cənubi Koreya hökumətinin yüksək vəzifəli rəsmisinə istinadən bildirib ki, Şi Çinin iki Koreya arasıda dialoqu dəstəklədiyini və Koreya Yarımadasına sülh və təhlükəsizlik uğrunda apardığı səyləri davam etdirəcəyini deyib, Han isə Çini Şimali Koreya ilə münasibətlərində konstruktiv rol oynamağa çağırıb.

İki ölkə arasında gərginlik Şimali Koreyanın lideri Kim Conq Unun bu ayın əvvəlində Rusiyaya bir həftəlik səfərindən sonra artıb. Həmin səfər ABŞ, Yaponiya və Cənubi Koreyanı qəzəbləndirib.

Xarici İşlər Nazirliyi cümə axşamı bildirib ki, Cənubi Koreya Şimali Koreyanın nüvə proqramı və Rusiya daxil olmaqla üç ölkə ilə silah ticarəti ilə əlaqədar 20 nəfər və iki quruma sanksiyalar tətbiq edib.