Çin liderlərinin ailələri xaricdə böyük sərvətlərə malikdir

ABŞ-da yerləşən jurnalist qrupu tərəfindən aparılan araşdırma prezident Xi Cinpinq də daxil olmaqla, Çin liderlərinin qohumlarının sərvətlərini gizlətmək üçün offshore şirkətlər qurduğunu iddia edir.

Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumunun 2.5 miliyon sızdırılmış sənədlərə əsasən hazırladığı hesabatda ölkədən kənarda qurulmuş şirkətlərin sahiblərinin kimliyi göstərilir.

Prezident Xi-nin qaynı və baş nazir Ven Ciabaonun oğlu hallanan adlar arasındadır. Sabiq prezident Hu Cintaonun qohumlarının, sabiq baş nazir Li Penq və lider Denq Xiaopinqun adlarına xaricdə holdinqlər olduğu bildirilir.

2012-ci ildə New York Times Bloomberg xəbər agentliklərinin yaydığı hesabatda deyilir ki, cənab Xi və Venin ailələri külli miqdarda sərvət toplayıblar. Pekin rəsmiləri dəfələrlə hesabatı yayan internet səyfələrinə Çinə girişinə əngəllər törədib.

Çin rəsmiləri həmçinin Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumunun internet səyfəsinə də girişi məhdudlaşdırıb. Hesabata rəsmi münasibət bildirilməyib.