Cənubi Koreya prezidenti Çində səfərdədir

Cənubi Koreya prezidenti Park Qeun-Hye çinli liderlərin qatıldığı sammitdə iştirak etmək üçün Pekinə dörd günlük səfər edib. Şimali Koreyanın sammitin əsas mövzularından biri olacağı gözlənilir.

Prezident Park Çinin prezidenti Tsi Cinpinq görüşüb. Bu, hər iki prezidentin hakimyyətə gəlməsindən bəri ilk görüşləridir.

Xanım Park sammitin ikitərəfli iqtisadi əlaqələri genişləşdirəcəyinə və Çinin ənənəvi müttəfiqi olan Şimali Koreyaya qarşı həmrəylik göstərəcəyinə umid edir.

Seul və Pekin Şimali Koreyanın nüvə silah proqramı ilə bağlı danışıqların bərpası çağırışlarını təkrar etməlidir.