Çinin iqtisadi inkişafı cari ilin birinci kvartalında az olub

Çin rəsmiləri 2016-cı ilin birinci rübündə iqtisadiyyatının inkişafının 6.7 faiz yavaşıdığını deyib. Bu, yeddi il bundan əvvəl qlobal iqtisadi böhranın ən yüksək nöqtəyə çatdığı zamandan bəri Çin iqtisadiyyatında ən zəif artımdır.

Milli Statistika Bürosu deyib ki, inkişaf göstəricisi ötən rüb 6.8 faiz artımdan az olub. Amma bu rəqəm hökumətin bütün il boyu 6.5-7 faiz gözləntiləri çərçivəsində olub.

Sözçü bildirib ki, Çin iqtisadiyyatı 2016-cı ildə yaxşı başlayıb. Amma ənənəvi sənayelər hələ də çətinliklərlə üzləşir.

Son artım 2009-cu ildən bəri Çində ən zəif iqtisadi inkişafdır. 2009-cu ildə Çinin iqtisadi artımı 6.2 faiz olmuşdur.

Dövlət mediası bildirib ki, ölkənin ümumdaxil məhsul istehsalı 2.4 trillion dollar təşkil edib.

Çin rəsmiləri ölkənin istehsaldan və məhsul ixracından asılılığını azaltmaq ümüdü ilə iqtisadi zəifləməni tənzimləmək üçün faiz dərəcələrini azaldıb və ictimai işləri maliyyələşdirib.