Çinli oğlanın kəsilmiş əli bitişdirilib

Çin həkimləri bir nəfərin kəsilmiş əlini müvəqqəti olaraq ayağına bitişdirməklə bir ay müddətdə qoruyub saxladıqdan sonra əli yenidən həmin insanın qoluna bitiştirməyə müvəffəq olub.

Çin mətbuat orqanları Hunan vilayətində həkimlərin əməliyyatı əli mişarla kəsilmiş 25 yaşlı oğlanın üzərində apardığını yazıb.

Kəsilmiş hissə ağır zədələndiyindən əli dərhal yerinə bitiştirmək mümkün olmayıb. Ona görə də Çanqşa vilayətində cərrahlar oğlanın əlini zədə sağalmağa başlayanadək onun ayağına bitişdirib.

Mətbuat orqanları bildirib ki, bu ayın əvvəli həkimlər doqquz saat davam edən əməliyyatdan sonra əli ayaqdan ayıraraq yenidən oğlanın qoluna bitişdirə bilib.

Tədqiqatçıların sözlərinə görə, vəziyyətdən asılı olaraq kəsilmiş bədən hissəsi bir neçə saat ərzində birləşdirilərsə xilas edilə bilər.

Həkimlər oğlanın əlinin tam bərpa olunması üçün əlavə bir neçə əməliyyat və reabilitasiya terapiyası keçirməli olduğunu deyib.