Çinin müdafiə naziri Li Şanfu Belarusa səfər edib və ölkəsinin Moskvanın taktiki nüvə silahları yerləşdirdiyi qonşusu ilə hərbi əməkdaşlığı gücləndirəcəyini bildirib.
Li Şanqfu Minskdə Belarus lideri Aleksandr Lukaşenko ilə görüşüb.
"Belarusa səfərimin məqsədi dövlət başçıları səviyyəsində imzalanmış mühüm sazişlərin həyata keçirilməsi və ikitərəfli hərbi əməkdaşlığın daha da gücləndirilməsidir" - deyə, çinli nazir bildirib.
Nə Belarus, nə də Çin bu əməkdaşlığın nədən ibarət olacağı barədə təfərrüatları açıqlamayıb. Lakin hər iki tərəf gələn il birgə hərbi təlimlər keçirməklə bağlı razılığa gəlib.
Li Şanfu Belarus səfərindən əvvəl Rusiyaya səfər edib.
Amerikalı ekspertlər Çinin mövqeyinin Ukraynada müharibə aparan Rusiya üçün ümidverici siqnal olduğundan əmindirlər. "Rusiya və Çin Qərbi hərbi və iqtisadi təhlükə kimi görür. Xüsusən də Ukrayna münaqişəsi və demək olar ki, hər ay alyansa qoşulan yeni NATO üzvləri ilə bağlı olaraq. Çin beynəlxalq liberal nizamın pərəstişkarı deyil. Çinin istədiyi ən son şey Qərbin maraqlarını və Avropada liberal beynəlxalq nizamı təşviq etməkdir", Oklahoma Universitetinin siyasi elmlər üzrə professoru Maykl Givel bildirib.