Çində torpaq sürüşməsi

Çində torpaq sürüşməsi 2-si işçi yataqxanası olmaqla, 22 binanı yerlə yeksan edib. Son məlumatlara görə, 59 adam itkin düşüb.

Çinin dövlət Sinxua agentliyi təbii fəlakətin Quandonq vilayətinin Sencen bölgəsində baş verdiyi bildirir.

Yüzlərlə xilasetmə işçisi axtarış əməliyyatlarına cəlb edilib.

Rəsmilər 4 adamın yüngül xəsarətlərlə dağıntılar altından çıxırıldığını xəbər verib.

Bölgədən 900-ə yaxın insan evakuasiya edilib.

Təlafat barədə məlumat verilmir.

Torpaq sürüşməsinin səbələri bəlli deyil. Lakin bu bölgədə son zamanlar irimiqyaslı inşaat işləri aparılır.