Çində daha iki insan quş qripinə yoluxub

Çində quş qripinə daha iki insanın yoluxduğu bildirilir. Rəsmi Sinxua agentliyi yoluxma hallarının Henan vilayətində qeydə alındığını xəbər verib.

Şənbə gününədək H7N9 virusunun ətraf bölgələrdə yayıldığı bildirilirdi. Lakin Pekində 7 yaşlı bir qızın xəstəliyə yoluxması vəziyyəti dəyişib.

Ümumdünya Səhiyyə Təşkilatının Çindəki idarəsinin rəhbəri Maykl O’Lirinin bildirdiyinə görə, xəstəliyin ölkə boyu yayılması gözlənilən haldır.

Hazırda Çində 11 xəstə qeydə alınıb. Vurusun quşlardan insanlara keçdiyinə inanılır.

Təşkilat virusun insandan insana keçdiyinə dair heç bir dəlil olmadığını bildirir.