“ABŞ Çin təsisatlarına qarşı yeni sanksiyalar tətbiq edir. Belə ki, bu şirkətlərin İrana qarşı sanksiyalara baxmayaraq, İranı neftlə təmin edir.”
Bunu ABŞ dövlət katibi Mayk Pompeo bəyan edib.
Saksiyaların Çinin 5 fərdi və 6 şirkətini hədəf alır.
Bu, İrana qarşı “maksimum təzyiq” kampaniyası altında götürülən ölçülərin ən ağırıdır.
“Biz bu şirkətlərin icraçı direktorlarına qarşı da sanksiyalar tətbiq edirik. Sanksiyalara məhəl qoymyana hər kəsə sansiyalar tətbiq ediləcək” - deyə, Pompeo BMT-nin Baş Assambleyası çərçivəsində keçirilən forumdandakı çıxışı zamanı bildirib.
Sanksiyalar COSCO Shipping Tanker (Dalian) və COSCO Shipping Tanker (Dalian) Seaman, habelə Ship Management Şirkətlərini hədəf alsa da, bunların ana şirkətinə şamil edilməyəcək.
Çinin Concord Petroleum Co., Kunlun Shipping Company Ltd., Kunlun Holding Company Ltd və Pegasus 88 Limited-ə də sanksiyalar tətbiq edilir.
ABŞ prezidenti Donald Tramp bundan İrana qarşı iqtisadi sanksiyaların əhəmiyyətli dərəcədə sərtləşdirdiyini bəyan etmişdi. Vaşinqton Tehranı Səudiyyə Ərəbistanının neft obyektlərinə qarşı dron hücumlarında günahlandırır.