Çində baş verən partlayışların səbəbləri araşdırılır

This photo taken on August 13, 2015 shows a destroyed car as a fire continues to burn after a series of explosions at a chemical warehouse hit the city of Tianjin, in northern China.

Ölənlərin sayı 56-a çatıb

Çin rəsmiləri ölkənin əsas liman şəhərində yerləşən anbarda baş verən iki partlayışın səbəblərini araşdırır. Hadisə yerində zəhərli kimyəvi maddələrin olduğu güman edilir.

Cümə günü səhər radələrində partlayış olan yerdə hələ də balaca yanğınlar davam edib. Partlayış çərşənbə günü Çinin şimal-şərqi Tianjin şəhərində yerləşən zəhərli maddələrin saxlandığı anbarda baş verib.

Rəsmilər partlayış nəticəsində ölənlərin sayının 56-a çatdığını deyirlər ki, bunların sırasına 21 yanğınsöndürən daxildir. 700-dən çox insan xəstəxanalara yerləşdirilib, onların 33-nün vəziyyəti ağır olaraq qalır. İtkin düşənlərin sayı bilinmir, ölənlərin sayının isə artacağı gözlənilir.

Sinhua xəbər agentliyinin verdiyi məlumata görə, 217 hərbi nüvə və biokimya mütəxəssislərindən, eləcə də Beynəlxalq Atom Enerjisi Agentliyinin Pekin ofisinin nümayəndələrindən ibarət bir qrup hadisənin baş verdiyi əraziyə göndərilib.