Çinin Yanqtze çayında batan gəminin sudan çıxarılması ilə ölənlərin sayı 396 nəfərə çatıb. Pis hava şəraiti ilə qəzaya uğrayan gəminin 456 sərnişinindən yalnız 14-ü xilas edilib. 46 adam hələ də itkindir.
Tornado bir neçə dəqiqə ərzində 77 metrlik gəminin batmasına səbəb olub.
Qəzadan xilas olan kapitan və baş mühəndis polis tərəfindən sorğu-suala çəkilir.
Həlak olanların qohumları pis hava şəraiti barədə xəbərdarlığa baxmayaraq, gəminin yola düşməsi barədə sual qaldırıb.
Çinin dövlət CCTV xəbər agentliyi gəminin Chongqing Eastern Shipping Corporation-a məxsus olduğunu və gəminin 534 sərnişin daşıya bildiyini deyib.