ABŞ prezidenti amerikalı fermerlərin Çinlə ticarətdən bəhrələnəcəyini bildirib.
"Çinlə əldə etdiyimiz razılığa görə, o ölkə nəhəng Amerika fermerlərindən onların istehsal etdikləri qədər məhsul ala biləcək" , Tramp Twitter hesabında yazıb.
Daha bir şərhində prezident "Çinin böyük həcmdə ƏLAVƏ ferma, kənd təsərrüfatı məhsulları alması son illər fermerlərimiz üçün atılan ən yaxşı addımdır!" - deyə, bildirib.
Çin və Birləşmiş Ştatlar şənbə günü bildiriblər ki, onlar ABŞ-ın Pekinlə ticarət defisitini əhəmiyyətli dərəcədə azaldılması ilə bağlı atılacaq addımlarda konsensusa nail olublar.
Bu elan Vaşinqtonda keçirilən yüksək səviyyəli danışıqlardan sonra verilib. Birləşmiş Ştatlar bir müddətdir ki, Çinin ədalətsiz ticarət praktikası ilə məşğul olduğunu, bunun isə ABŞ-ın Çindən, Çinin ABŞ-dan aldığı məhsullardan çox məhsul alması ilə nəticələndiyini bildirirdi.
Çin əsas etibarilə kənd təsərrüfatı və enerji sahəsinə aid olmaqla, ABŞ-dan daha çox xidmət və məhsul alışında əhəmiyyətli artım edəcəyinə vəd verib.
Ağ Evin yaydığı bəyanatda bildirilir ki, Vaşinton razılaşmanın təfərrüatı üzərində çalışmaq üçün Çinə rəsmilərdən ibarət komanda göndərəcək. Bəyanatda həm də, intellektual mülkiyyətin, o cümlədən ticarət münasibətlərinin bərabər səviyyəyə çatdırılmasının əhəmiyyəti qeyd olunub.