Çində torpaq gözlənilmədən 20 metr dərinliyə çöküb [video]

Your browser doesn’t support HTML5

Çinin Şenzen şəhərində torpağın gözlənilmədən çökməsi nəticəsində bir təhlükəsizlik işçisi aldığı yaralardan keçinib.

Yaşayış binasının həyətində yerləşdirilmiş nəzarət kamerası dünən baş vermiş müəmmalı ölüm hadisəsini çəkib.

25 yaşlı təhlükəsizlik işçisinin ayaqları altında, yerdə gözlənilmədən 20 metr dərinliyində dəlik açılıb. Hadisənin səbəbi araşdırılır.

Sakinlərdən bir neçəsi müvəqqəti olaraq başqa yerə köçürülüb. Bəzi sakinlər qonşuluqda aparılan tikintinin yerdə dəliyin açılmasına səbəb olduğunu ehtimal edir.