Çində biruşaqlı ailə siyasətində dəyişiklik edilib

Women push babies in prams through a Beijing park during a public holiday, April 5, 2011.

Çində biruşaqlı ailə siyasəti və əmək düşərgələri qanunlarında dəyişiklik edilib.

Rəsmi Sinxua xəbər agentliyinin məlumatına görə, bu gün açıqlanan qərara görə valideynlərindən biri tək uşaq olan ailələrə iki övlad sahibi olmaq icazəsi verilir və əmək düşərgələri vasitəsi ilə tərbiyələndirmə siyasəti ləğv edilir.

Bu qərar Kommunist Partiyasının cari həftənin əvvəllərində keçirdiyi sessiyası zamanı qəbul edilib.

Çinin insan hüquqları müdafiəçilıəri abort və sterilizasiya kampaniyaları ilə müşayiət edilən biruşaqlı ailə siyasətini tənqid edirdi.

190 min insanın saxlandığı əmək düşərgələrinin nə ilə əvəz ediləcəyi məlum deyil.

Pekinin ölüm cəzasına dair maddələri də azaldacağı gözlənilir.

Amnesty International kimi insan hüquqları təşkilatları bildirir ki,dünya ölkələri birlikdə götürülsə, Çində son illər ərzində daha çox insan edam edilib.