Çili hərbi çevrilişdən 40 il sonra

Çilidə Avqusto Pinoçeti hakimiyyətə gətirən hərbi çevrilişdən 40 il keçir. 1973-cü ilin sentyabr ayının 11-də ordu komandanı Pinoçet azad seçkilər yolu ilə prezidentlik edən Salvador Alyendenin hakimiyyətinə son qoymuşdu.O, hakimiyyətdən 1990-cı ildə əl çəkmiş, 2006-cı ildə vəfat etmişdi.

GENERAL AVQUSTO PINOÇET

Bir vaxtlar Pinoçeti dəstəkləyənlər bu gün də mövqelərin doğrululunda israr edir.

Pinoçet dövründə yoxa çıxan 3 min insanın hərbi hökumət tərəfindən öldürüldüyü təxmin edilir. O illər minlərlə insan həbs edilib, işgəncələrə məruz qalıb.

Bu həftə Alyendenin intihar etdiyi La Moneda şəhərində çevrilişin 40-cı ildönümü qeyd edilir.

SALVADOR ALYENDE

Fəallar hələ də ikiyə bölünən Çilidə barışığın çətin olacağını deyir. Belə ki, Pinoçet dövründə baş verənlərin məsulları ədalət məhkəməsi qaşına çıxarılmayıb.

Pinoçetin Çilinin iqtisadi inkişafına yardım edən azad bazar islahatları onun hakimiyyətinin tənqidlərini bir qədər yüngülləşdirsə də, diktatorluğuna gəlincə neqativ əhval-ruhiyyə yüksək olaraq qalır.

Rəy sorğularına görə, çilililərin 55 faizi Pinoçet hakimiyyətini “pis” dəyərləndirir. 3 il əvvəl bu göstərici 35 faiz idi.
Buna səbəb internet və kabel televiziyanın diktatorun əməllərini üzə çıxarması olub.

Çilililərin 75 faizi hesab edir ki, hərbi diktaturanın təsirləri bu gün də hiss edilir. Pinoçet irsi təhsil və seçki sistemində hələ də yaşayır.