Bu, Vaşinqtonda bir bahar ənənəsidir - məşhur albalı ağacları yarpaqdan əvvəl çiçək açır. Lakin bu il bir az fərqli oldu. Havanın gözlənildiyindən tez soyuması açılmağa hazır olan tumurcuqları dondurdu. Buna baxmayaraq yarıdan çoxu donmayan tumurcuqlar zərif çiçəklərə çevrildi və ziyarətçiləri tamaşaya çağırdı.
Fikrimcə burada onlar başqa cür görünür. Arxadakı Vaşinqton abidəsi də çox gəzəldir. Elə bil ki, Vaşinqton sizi salamlayır.Turist
Vaşinqtondakı albalı ağaclarının çiçəklənməsi həmişə bir tamaşadır. Baxmayaraq ki, əvvəlki illərlə müqayisədə bu il çiçəklər o qədər də sıx deyil, bu, Türkiyədən olmaqla, dünyanın hər yerindən gələn turistləri özünə cəlb edir. Türkiyədən qonaq gəlmiş Dərya Gümüş buranın çox gözəl olduğunu deyir.
Bu il ziyarətçilərin sayı daha azdır, yəqin onlar ağacların az çiçək açdığından xəbərdardırlar. Lakin bu ağ və çəhrayi çiçəkləri ilk dəfə görən çikaqolu qadını bu gözəllik heyran edib. “Mən heç də məyus deyiləm, Mənim fikrimcə onlar çox gözəldirlər. Mən çəhrayı rənglərin daha çox olduğu haqda eşitmişdim, lakin bunlar da çox gözəldir” deyə, Mari Sprinqberq bildirir.
Turistlər hər il bahar fəslində bu, 100 ildən çoxdur əkilən alballı ağaclarının tamaşasına gəlir.
Yaponiya 3000 Sakura - albalı ağacını Birləşmiş Ştatlara dostluq jesti kimi bağışlayıb. Onlardan 17 mini mənzərəli "Tidal Basin" adlanan təbii hovuz ətrafında əkilib.
Yaponiyada yaşayan çinli qadın Vaşinqton və Ceferson Memorialları boyunca çiçəklənən albalı ağaclarının cazibədar malik olduqlarını deyir. “Fikrimcə burada onlar başqa cür görünür. Arxadakı Vaşinqton abidəsi də çox gəzəldir. Elə bil ki, Vaşinqton sizi salamlayır.”
Yaponiya 3000 Sakura - albalı ağacını Birləşmiş Ştatlara dostluq jesti kimi bağışlayıb.
Bu, 350 il əvvəl daşdan hazırlanmış fənər də Yaponiyanın hədiyyəsidir. O, qocalmış, lakin füsunkar ləçəkli ağacların arasındadır.
Almaniyadan gəlmiş Anna Nquyen burada böyük məmnuniyyətlə şəkillər çəkir. “Mən bunları ailəm və dostlarıma göstərmək istəyirəm. Düşünürəm ki, onların da xoşuna gələcək.”
Albalı çiçəkləri bir ya da iki həftə qalır. Külək əsəndə və ya yağış yağanda bu zərif çiçəklər tökülür və bir də gələn il açır.