ABŞ dövlət sirlərini WikiLeaks-ə sızdırmış ordunun keçmiş sıravi əsgəri Çelsi Menninq əfvdən sonra çərşənbə axşamı ilk bəyanatını verib.
Bəyanatda o, cinsini dəyişdirdiyinə işarə edərək bildirib ki, ilk dəfə olaraq, özünün Çelsi kimi gələcəyini görür.
O zamankı adı Bredli Menninq olan keçmiş kəşfiyyat təhlilçisi 2013-cü ildə 700,000 gizli hərbi və dövlət departmenti sənədlərinin sızdırılmasında təqsirli bilinib.
Menninq məhkum olunandan sonra transgender olduğunu ictimailəşdirmişdi. Vəkillərinin bildirdiyinə görə, o, həbsdə zorakılığa məruz qalıb və hətta iki dəfə intihara cəhd edib.
35 illik hökmün 7 ilini həbsdə keçirmiş Menninq sabiq prezident Obama tərəfindən əfv edilmişdi. Onun mayın 17-si azadlığa buraxılması planlaşdırılıb.