Çarlz rəsmi olaraq kral elan edildi

Britaniyan kralı Kral Üçüncü Çarlz. 10 sentyabr, 2022.

Mərhum Kraliça İkinci Elizabetin oğlu Çarlz şənbə günü Londonda Müqəddəs Ceyms Sarayında keçirilən təmtəraqlı mərasimdə rəsmi olaraq kral elan edilib.

O, cümə axşamı anasının ölümünün ardından avtomatik olaraq kral olub. O, rəsmi olaraq Kral Üçüncü Çarlz kimi tanınacaq.

Şənbə günü Taxta Çıxma Şurasında keçirilən prosedur onun hökmranlığının rəsmi elanı idi və bu, ilk dəfə idi ki, həmin mərasim televiziyada yayımlanırdı.

Çarlz cümə günü ölkə başçısı olaraq kimi müraciətində mərhum anasında ehtiramını çatdıraraq, onu “əziz Mama” çağırıb.

Hazırda 73 yaşı olan və taxta çıxan ən yaşlı monarx Çarlz deyib ki, o, anası cümə axşamı 96 yaşında vəfat edənədək 70 il boyunda etdiyi kimi “sədaqət, hörmət və sevgi ilə” xidmət edəcək.

“Mən bu günü sizə ömürlük xidmət vədini yeniləyirəm,” Çarlz cümə günü Bakinqem Sarayından xalqa müraciətində deyib.

O bildirib ki, Elizabetin ölümü “biçilməz bir itki hissi” yaradıb və anasına ehtiramın çatdırıb.

“Əziz Mama: Sən əziz mərhum atama qoşulmaq üçün son böyük səfərinə başladığın bir vaxt mən sənə sadəcə olaraq bunu demək istəyirəm: “təşəkkür edirəm. Ailəmizə və bütün bu illər ərzində zəhmətlə xidmət etdiyin xalqlar ailəsinə göstərdiyin sevgi və sədaqət üçün təşəkkür edirəm,” Çarlz deyib.

Yeni kral anasından nümunə götürəcəyini deyib.

“Kraliçanın özünü sarsılmaz sədaqətlə etdiyi kimi, mən də Tanrının mənə verdiyi qalan müddət ərzində millətimizin qəlbində olan konstitusiya prinsiplərini qoruyacağıma rəsmi olaraq söz verirəm.”

Çarlz cümə günü Şotlandiyada Elizabetin vəfat etdiyi Balmoral Qəsrindən saraya döndüyü zaman ona xoş diləklərini çatdıran bir izhidam tərəfindən qarşılanıb.

Kral həmçinin cümə günü Bakinqem sarayında vəzifəsinin üçüncü günündə olan Baş nazir Liz Traslla görüşüb.

Elzabet Trassı baş nazir vəzifəsində çərşənbə axşamı təyin edib.

Parlament cümə günü kraliçaya ehtiramını çatdırmaq üçün xüsusi sessiya keçirib.