Dünya şöhrətli Ceki Çanın oğlu həbs edilib

Kunq fu kino ulduzu Cəki Çan keçən həftə Çində narkotik maddə saxlamaq ittihamı ilə həbs edilən oğluna görə üzr istəyib. Döyüş sənəti ustası Çan dünən İnternet səhifəsindəki bloqunda 31 yaşlı oğlu Ceysi Çana həddən artıq qəzəbli olduğunu və təəssüf hissi keçirdiyini yazıb.

Pekin polisi Ceysi Çanı avqust ayının 14-də Kai Ko, eləcə də Ko Çen-Tan kimi tanınan tayvanlı aktyorla birlikdə həbs edib. Həbs edilərkən Çanın Çindəki evində 100 qram marixuana açkar edilib.

Çinin dövlət Sinhua xəbər agentliyinin bildirdiyinə görə, Ceysi Çan narkotik maddə istifadəçisi kimi ittiham edilir.