ABŞ-ın müdafiə naziri Çak Heyqel Pakistan liderlərinə xəbərdarlıq edib ki, NATO-nun Əfqanıstandan təchizat yolunu bağlamış etiraz nümayişlərinin qarşısı alınmasa, Vaşinqtonun Pakistana yardım proqramına siyasi dəstəyin davam etdirilməsi çətinləşə bilər.
Pentaqon başçısı Pakistanın baş naziri Nəvaz Şərif və yeni ordu komandanı Rahil Şəriflə danışıqlar aparıb.
Heyqel Pakistana son bir neçə ildə səfər etmiş ilk yüksək səviyyəli Pentaqon rəsmisidir.
Müdafiə naziri təhlükəsizliyə hədələr və ABŞ-ın pilotsuz təyyarə hücumlarına etiraz edən siyasi partiyaların təşəbbüsü ilə NATO qüvvələrinə təhcizat yolunun bağlanması kimi bir sıra məsələləri müzakirə edəcək.
Pilotsuz təyyarə hücumları Vaşınqtonla İslamabad arasında münasibətlərin
gərginləşməsinə səbəb olub.
Heyqel Pakistandan əvvəl qonşu Əfqanıstanda olub. Əfqanıstanın müdafiə naziri Bismillah Xan Məhəmməd cənab Heyqeli əmin edib ki, prezident Həmid Karzayın meylli olmamasına baxmayaraq, ABŞ-la Əfqanıstan arasında təhlükəsizlik paktı vaxtında imzalanacaq.