Ceyms Uorlik: Biz aidiyyəti olan səlahiyyətli şəxsləri iki nəfər məhbusu Azərbaycan hökümətinə qaytarılmasına çağırırıq

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Amerikanın Səsinin suallarına cavab verib:

Amerikanın Səsi: Iki nəfər Kəlbəcərdə girov götürülmüş azərbaycanlılara qarşı təşkil olunmuş məhkəmə barədə ABŞ-ın mövqeyini bilmək istəyərdik.

Ceyms Uorlik: Biz, aidiyyəti olan səlahiyyətli şəxsləri iki nəfər məhbusu Azərbaycan hökümətinə qaytarılmasına çağırırıq. Bu kimi humanist addım tərəflər arasında etimadın yaradılmasına və gərginliyin azaldılmasına yardım edə bilər. Həm keçmiş təcrübədə olduğu kimi, həm də Həştərxan Bəyannaməsinə uyğun olaraq tərəflər girovların qaytarılması istiqamətində razılığa gəlmişlər və biz ümid edirik kı, vəziyyətdən çıxış üçün eyni addımlar bu dəfə də atıla bilər.

Amerikanın Səsi: ABŞ, Türkiyə və Almaniyanın daxil olması ilə həmsədrlərin formatının genişləndirilməsi təkliflərə necə baxırsınız?

Ceyms Uorlik: Minsk Qrupu prosesi, tərəflər arasında danışıqların aparılması üçün, yeganə qəbul olunmuş formatdır. Həmsədrlər, Dağlıq Qarabağ münaqişəsinin uzun müddətli (davamlı) həll olunmasına nail olmaq üçün üzərinə götürdükləri öhdəliklərə tam sadiqdirlər.Bununla belə, biz ATƏT sədrinin mandatı çərçivəsində, tərəflərin xahişi ilə fəaliyyət göstəririk. Nə qədər ki, tərəflər bizim vasitəçi rolumuzu faydalı hesab edir, biz sülhün əldə olunmasına yönəlmiş fəaliyyətimizi davam etdirəcəyik.