ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan Milli Məclisinin ABŞ-da səfərdə olan deputatları Səməd Seyidov və Asim Mollazadə ilə görüşüb.
“Azərbaycan millət vəkilləri Səməd Seyidov və Asim Mollazadə ilə görüşməkdən məmnunam. Onlarla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının perspektivləri ilə bağlı danışıqlarımız çox faydalı oldu”, Ceyms Uorlik “Twitter” hesabında yazıb.
Xatırladaq ki, Ceyms Uorlik yaxın zamanda Minsk qrupunun həmsədrlərinin regiona səfər edəcəyini bildirib.