Amerikalı həmsədr Ermənistan-Azərbaycan cəbhəsində monotorinqdə iştirak edəcək

Cəbhədə monitorinq

ATƏT-in sədrinin şəxsi nümayəndəsinin monitorinqi sentyabrın 13-də keçiriləcək
Sentyabrın 13-də ATƏT nümayəndələri Ağdam rayonunun Sarıçalı kəndi yaxınlığında Ermənistan-Azərbaycan cəbhəsinin təmas xəttində növbəti monitorinqi keçirəcəklər.

Müdafiə Nazirlyiinin mətbuat xidmətinin məlumatına görə, monitorinqdə Azərbaycan tərəfdən ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq iştirak edəcəklər.

Erməni tərəfdən ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və səhra köməkçisi İrji Aberle iştirak edəcək.

Həmçinin monitorinqdə amerikalı yeni həmsədr Ceyms Uorlik və onun köməkçisi Cefri Huls iştirak edəcəklər.