Çex respublikasının ictimai sektorunun işçiləri son 20 ildə ilk dəfə kütləvi tətillərə qatılıb. İşçilər hökumətin işçilərin maaş büdcəsinin ixtisarı planına etiraz edir
Çex respublikasının ictimai sektorunun işçiləri son 20 ildə ilk dəfə kütləvi tətillərə qatılıb. İşçilər hökumətin işçilərin maaş büdcəsinin ixtisarı planına etiraz edir. Həmkarlar İttifaqları 100000 insanın aksiyada iştirak etdiyini bildirir. Bu isə ictimai sektorun hər altı işçisindən birinin tətilə qatıldığı deməkdir. Hökumət maaşların 10 faiz azaldılacağını bəyan edib. Çex hökumətinin məqsədi büdcə kəsirini Avropa İttifaqının limitinə uyğun olaraq, 2013-cü ilədək 3 faizdən aşağı endirməkdir.