Azərbaycanda Ermənistanın xeyrinə casusluqda günahlandırılan bir qrup hərbçi və mülki şəxs həbs edilib

Ermənistanın xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan bir qrup hərbiçi və mülki şəxs tutulub.

Bu barədə Azərbaycanıın Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, müdafiə və daxili işlər nazirliklərinin birgə bəyanatında bildirilir.

Məlumatda vurğulanır ki, Ermənistan silahlı qüvvələrinin kəşfiyyat, xüsusi xidmət orqanları Azərbaycan ordusunun Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı təxribat fəaliyyəti hazırlayıb.

Bu məqsədlə bir qrup hərbi qulluqçu və mülki şəxs Ermənistan kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda öz maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə qarşı tərəfə ötürüblər.

Bu il mayın 3-də Azərbaycan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə cinayət işi başlanıb. Prokurorluq, müdafiə, daxili işlər nazirlikləri və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb. İbtidai istintaq aparılır.

“Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Ermənistan tərəfinin Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdığı təxribat və terror fəaliyyətinin qarşısı alınıb. Məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib”, bəyanatda bildirilir

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ermənistana xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan hərbçi və mülkü şəxslərin bu ittihamı necə qarşıladıqları, hələlik bəlli deyil.