Casusluq muzeyi [Video]

Your browser doesn’t support HTML5

Spyscape muzeyi özünün yeddi qalereyasında casusluq peşəsinin bütün aspektlərini üzə çıxarır. Sərgiyə gələn qonaqlar casusun qarşılacağı hadisələri təcrübə edərək interaktivlikdən faydalana bilərlər.

"Bu cür casusluq təcrübəsinə yalan aşkarlama, sorğulama kabinələri, çeviklik və xüsusi lazer tuneli kimi şeylər daxildir. Ən əsası isə şəxsi səyahətdir. Beləliklə, biz sizə şəxsiyyət bandı veririk və siz davam etdikcə biz sizə risk tolerantlığınızı, IQ səviyyənizi və şəxsiyyətinizi test edə biləcəyimiz suallara veririk. Sonda isə sizin necə bir casus ola biləcəyinizi söyləyirik." - deyə, muzeyin işçisi Şelbi Priçard bildirib.

Hər bir qalereyada müəyyən sahəyə aid əsərlər nümayiş etdirilir. Məsələn, İkinci Dünya Müharibəsi dövründə Almaniyanın mesajlarını şifrələmək üçün istifadə etdiyi əsl Eniqma maşını və ya qlobal haker qrupu olan Anonymousun üzvləri tərəfindən geyilən maskalar kimi. Bəzi maskaların üzərində həmin şəxsin kod adı və imzası da var.

Müşahidə bölmələrinin birində Pulitzer mükafatı qazanmış və Cənub-Şərqi Asiyadakı qul işçilərinin tutduqları balıqların Amerika bazarına necə daxil olmasından bəhs edən “Qullardan gələn dəniz məhsulları” adlı sərgi nümayiş etdirilir.

Qullar tərəfindən idarə olunan dəniz məhsulları daşıyan gəmini izləmək və məhsulların başqa yerlərə daşınmasını müşahidə etmək üçün peyk texnologiyasından istifadə edilib.

"Spyscapedəki hər bir qalereya mövzunu günümüzlə əlaqələndirir. Məsələn, şifrələnmə qalereyasında biz İkinci Dünya müharibəsindəki kodqırma haqqında danışırıq. Daha sonra həmin hadisələri indiki dövrlə əlaqələndirib, bu məsələnin gündəlik həyatımızdakı əhəmiyyətini izah edirik. Beləliklə, biz artıq heç bir kodun sarsılmaz olduğu ideyası haqqında danışıb, WhatsApp kimi şifrəli mesajlaşma xidmətlərinin də bir gün qırılacağı barədə məlumatlar veririk." - deyə, Şelbi Priçard əlavə edib.

Spyscape keçmiş casuslar, xakerlar və kəşfiyyat orqanlarının üzvləri tərəfindən yaradılıb. Məhz buna görə də muzeyi ziyarət edərkən insan özünü real cəsus təcrübəsinin içində hiss edir.