Cənub-Şərqi Asiyada nüfuz üzərində rəqabət gedir [Video]

Your browser doesn’t support HTML5

Cənub-Şərqi Asiyada nüfuz üzərində rəqabət gedir

Birləşmiş Ştatlar Cənub-Şərqi Asiyanı diqqət mərkəzinə alan və regionda nüfuzunu artırmağa çalışan yeganə ölkə deyil. Yaponiya və Rusiya da orada diplomatik, hərbi və ticari əlaqələri möhkəmləndirmək istəyir.

Çin uzun illərdir Cənub-Şərqi Asiyanın ən böyük ticari tərəfdaşıdır, ancaq digər ölkələr də artıq Çinə yetişir. Son üç il ərzində Yaponiya Çin və Honq-Konqdan daha çox ASEAN ölkələrinə sərmaye yatırıb.

Çinin ən böyük qüvvə kimi yüksəlməsi Yaponiyanı Asiya Sakit Okean regionundakı təhlükəsizlik quruluşundakı rolunu dəyişməyə səbirsizləşdirib.

Region üzrə təhlilçi Titli Basu deyir ki, bu dəyişikliyin səbəbi ABŞ-ın və Çinin inkişafıdır.

“Çinin ən böyük qüvvə kimi yüksəlməsi Yaponiyanı Asiya Sakit Okean regionundakı təhlükəsizlik quruluşundakı rolunu dəyişməyə səbirsizləşdirib.”

Yaponiyanın diqqət mərkəzində təkcə bizneslər qurmaq deyil, təhlükəsizlik və diplomatik əlaqələr də yer alır.

Ölkələr nüfuz üçün yarışdıqları üçün də, bu gərginliyin yaranmasına səbəb olur.

Təhlükəsizlik təhlilçisi Riçard Bitzinger deyir ki, bu aralar Asiyada ziddiyyətli və kəsişən məqsədlər mövcuddur.

Hər kəs, belə desək, həm dost, həm düşməndir. Bir çox yer var ki, orada iki ölkə - Rusiya-Çin, Çin-Birləşmiş Ştatlar- əməkdaşlıq etmək istəyəcək bir çox imkan və ortaq maraq tapır.

Asiyadakı böyük oyuna daha gec qoşulan Rusiya da Vyetnama silah satmaqla və enerji sahəsində razılıqlar imzalayaraq regiondakı səylərini intensivləşdirir.

ASEAN sammiti

Politoloq Lo Çi-çenq deyir ki, son bir neçə il ərzində Rusiya Avropadakı hadisələrlə məşğul idi. İndi isə Putin strateji istiqaməti Avropadan Asiyaya doğru dəyişmək istəyir ki, bu regionda artan ABŞ nüfuzuna cavab olaraq Rusiyanın Asiyanı diqqət mərkəzinə salmaq versiyasıdır.

Asiyadakı liderlərin gərginliyin daha da artmasının qarşısını almağa çalışmasına baxmayaraq, Bitzinger deyir ki, qeyri-ixtiyari münaqişə potensialı narahatlıq yaradır.

Regiona daha çox mürəkkəb silah növləri gətirilir. Bununla birlikdə, fikrimcə, orada, xüsusən də, Cənubi Çin Dənizində artan “müharibədə tarazlıq siyasəti” müşahidə olunur.

Bu müharibədə tarazlıq siyasəti və ölkələrarası artan əlaqələri nəzərə alaraq, təhlilçilər deyir ki, kiçik insidentlərin nəzarətdən çıxmaq şansı da artır.