Noyabrın 26-da Berlində başlayan diskussiyalar noyabrın 30-da Brüsseldə başa çatacaq
Cənubi Qafqaz ölkələri, Almaniya və Avropa İttifaqının siyasətçi və ekspertlərinin altıgünlük görüşləri zamanı vahid demokratik Qafqaz Evinin qurulması perspektivləri müzakirə olunur.
Görüşlər xüsusi proqram: “Potsdam prosesi: Cənubi Qafqazda azadlıq, sülh və çiçəklənmə naminə regional əməkdaşlığın möhkəmləndirilməsi” proqramı çərçivəsində keçirilir. Tədbiri “Azadlıq naminə” Fridrix Nauman Fondu təşkil edib.
Noyabrın 26-da Berlində başlayan diskussiyalar noyabrın 30-da Brüsseldə başa çatacaq. Tədbirin əsas iştirakçıları Avropa Liberal Demokratik və İslahatçı Partiyasına daxil olan üç partiyanın Müsavat Partiyası, Gürcüstan Respublika Partiyası və Erməni Ümummilli Hərəkatın rəhbərləri daxildir.
Demokratik və stabil Qafqazın yaradılması məqsədilə beşillik əməkdaşlıqdan sonra 2010-cu ilin oktyabrında Potsdamda üç siyasi partiyanın liderləri ilk dəfə olaraq bu istiqamətdə qarşılıqlı fəaliyyətə dair Potsdam bəyannaməsi adlanan birgə sənədi imzalayıblar.