Cənubi Koreya ilə Şimali Koreya Olimpiya Oyunlarından öncə danışqlar aparmaq niyyətindədir

Your browser doesn’t support HTML5

Seulda fəaliyyət göstərən siyasi təhlilçi deyir ki, Cənubi Koreya ilə Şimali Koreya arasında danışıqlar Pxenyanın nüvə arselanı yaratmasının qarşısını almayacaq. Cənubi Koreya yanvarın 9-da iki ölkənin yüksək səviyyəli rəsmiləri arasında danışıqların keçirilməsini təklif edir. Bu təklif Şimali Koreya lideri Kim Conq Un Yeni İl çıxışı zamanı ölkəsinin bu cür danışıqlara hazır olduğunu və danışıqların nəticəsindən asılı olaraq şimali koreyal ıiki fiqurlu konkisürənin fevral ayında Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak etməsinə icazə verəcəyini deyəndən sonra irəli sürülüb.