Cənubi Koreyada parlament seçkiləri keçirilir

Cənubi Koreyada seçicilər parlament seçkilərində səs verir. Seçkilərin gələn il keçiriləcək prezident seçkisindən öncə ictimai rəyin öyrənilməsinə yardım edəcəyi gözlənilir.

Bu, həmçinin prezident Park Geun-hyeni vəzifəyə gəlməsindən bəri keçirilən ilk ümumi seçkidir.

İşsizlik səviyyəsinin artması, ixracatın azalması və narahatedici dərəcədə yüksək məişət borcları Parkın iqtisadiyyatı idarə etməsi ilə bağlı tənqidlərə səbəb olub, Bu xüsusilə işsizlik səviyyəsinin rekord dərəcədə yüksək olduğu 15-29 yaşlarındakı gənclər arasında müşahidə edilir.

Lakin iqtisadi narazılıqlara baxmayaraq, çoxları partiyanın yenə də qalib gələcəyini düşünür.

İlkin nəticələrin çərşənbə günü səsvermə bitdikdən bir saat sonra hazır olacağı ehitmal edilir. Rəsmi nəticələrin isə cümə axşamı açıqlanacağı gözlənilir.