Cənubi Koreya prezidentinin istefaya göndərilməsi ilə bağlı qərar veriləcək

Cənubi Koreyanın Ali Məhkəməsi cümə günü ölkə prezidenti Pak Gın- henin impiçmenti ilə bağlı qərar verəcəyini açıqlayıb. Ölkə parlamenti keçən ilin dekabr ayında korrupsiya qalmaqalına görə prezident Parkın vəzifədən uzaqlaşdırmasının lehinə səs verib.

Prezident Pak uzun illərdir rəfiqəsi olmuş Çoy Sunsillə əlbir olaraq, bir neçə şirkətin iki şübhəli fonda 70 milyon dollar ianə etməsi qarşılığında təəssübkeşlikdə ittiham edilir.

Bu gün ölkənin Konstitusiya Məhkəməsinin sözçüsünün verdiyi məlumata görə, qərar televiziyadan canlı yayımlanacaq.

“Prezidentin impiçmenti ilə bağlı qərar martın 10-u, səhət saat 11-də veriləcək. Məhkəmə televiziyaların həmin prosesi canlı yayımlanmasına icazə verəcək.”

Korrupsiya qalmaqalı ilə bərabər prezident Pak bir neçə digər ittihamla da üzləşir. Onların arasında 2014-cü ildə 300 insanın ölümü ilə nəticələnən Sevon gəmisinin batması zamanı insanların xilas edilməsində səhlənkarlıq və öz qızını prestijli universitetə yerləşdirmək üçün prezidentlik əlaqələrindən istifadə edilməsi göstərilir.

Prezident Pak ittihamlara cavab olaraq bildirib ki, heç zaman vəzifəsindən sui-istifadə etməyib və çevrəsində olan insanların qeyri-qanuni hərəkətlərindən də xəbərsiz olub.

Məhkəmə ona qarşı qərarı qəbul etsə, bu, Cənubi Koreya tarixində ilk dəfə demokratik seçilmiş prezidentin istefaya göndərilməsi hadisəsi olacaq. Bu baş versə, növbəti 60 gün ərzində ölkədə yeni prezident seçkiləri keçiriləcək.