Cənubi Karolinada rekord daşqın [Video]

Your browser doesn’t support HTML5

Cənubi Karolinada rekord daşqın

Bazar ertəsi bir neçə gün davam edən şiddətli yağış nəticəsinə Cənubi Karolinanın böyük bir hissəsi su altında qaldı

Cənubi Karolina tarixində baş vermiş ən dəhşətli daşqın nəticəsində əhali evlərini tərk etməyə məcbur olub. Minlərcə sakin isə işıqsız və içməli susuz qalıb. Paytaxt Kolumbiya daxil olmaqla, ştatın bəzi hissələrində sadəcə bir neçə gün ərzində 60 santimetr yağış yağıb. Rəsmilərin sözlərinə görə, yağışın dayanmağı təhlükənin keçdiyi demək deyil, çünki suyun çəkilməyi hələ bir neçə vaxt davam edəcək.​

Bazar ertəsi bir neçə gün davam edən şiddətli yağış nəticəsinə Cənubi Karolinanın böyük bir hissəsi su altında qaldı. Həftə sonu su evlərə elə sürətli axıb ki, bəzi insanlar evlərindən çətinliklə çıxa biliblər, bəziləri isə hətta helikopterlər vasitəsilə çıxarılıb.

“Bu bəlkə də həyatımın ən qorxunc günü idi. 15 aylıq körpə ilə elə yüksək yerdə olmaq qorxulu idi, amma biz bunu etdik.”

“Mən qorxurdum ki, maşından çıxa bilməyək. Elə bilirdim öləcəyik.”

“Mən hər şeyi çarpayının üzərinə atırdım. Bacardığım qədər əşyalarımı xilas etməyə çalışırdım.”

Bir kişi isə öz qayığı ilə insanları xilas etməyə kömək edib.

Hazırda 40 min insan susuz, 26 min insan isə işıqsızdır
Nikki Heyli

“Mən evlərin damlarına çıxıb, təpikləyirdim və cavab olaraq insanların evin içindən dama vurmalarını gözləyirdim. Bir evdə isə “biz çardaqdayıq” yazılmış bir qeyd tapdıq.”

Qubernator Nikki Heyli deyir ki, Cənubi Karolina son min ilin ən dəhşətli yağıntısına şahid olub.

“Hazırda 40 min insan susuz, 26 min insan isə işıqsızdır.”

Rəsmilər sakinlərə yağış dayanandan sonra belə ehtiyatlı olmaları barədə xəbərdarlıq edib, çünki sudan zərər almış yollar və tikililər hər an çökə bilər.

Viriciniyanın Feirfaks şəhərindən bu sahədə ixtisaslaşdırılmış xilas komandası daşqının baş verdiyi əraziyə yollanıb.

“Biz bilirik ki, daşqına görə bəzi tikililərin çökmə ehtimalı var, ona görə də lazım olan alət və avadanlıqlarla hazır vəziyyətdə gözləyirik.”

Sürətli qayıqlar, axtarış itləri, avadanlıq və alətlərlə təchiz olunmuş 80 nəfərdən ibarət xilas komandası Federal Fövqəladə Hallar İdarsi tərəfindən səfərbər olunub.