Ərəb dünyasını səsi ilə valeh etmiş amerikalı Cennifer Qrout

Cennifer Qrout

23 yaşlı amerikalı Cennifer Qrout ərəb ölkələrinin istedad şousunda təkcə münsiflər heyətini deyil, milyonlarla tamaşaçını səsi ilə valeh edib. İstedad şousuna əfsanəvi Ümm Gülsümun “Bəid Ənnək” (“Səndən uzaq”) mahnısı ilə başlayan Cennifer Qrout finala daha bir əfsanəvi ərəb müğənnisi Asmahanın “Ya Tuyur”(“Ey quşlar”) mahnısını ifa etdikdən sonra çıxıb. Cennifer ərəb istedad şousunda indiyə qədər iştirak edən yeganə amerikalıdır və şounun qalibi olmaq üçün güclü şansa malikdir.

ABŞ-ın Massaçusets ştatının Boston şəhərində boya-başa çatmış Cennifer Qrout ərəb klassik musiqi janrında mahnılar ifa edir. O, 2010-cu ildə Kanadanın Montreal şəhərində yerləşən Makgil universitetinin musiqi fakültəsini bitirib. Cenniferin ərəb musiqisinə sevgisi məşhur Livan müğənnisi Feyruzun mahnılarını dinlədikdən sonra yaranıb. Ərəb musiqisini öyrənmək üçün Cennifer Monrealda suriyalılara məxsus bir kafedə ud çalmağa başlayıb. Bundan sonra isə o bir müddət Mərakəşdə yaşayıb və klassik ərəb musiqisinin tədrisini davam etdirib.

Gənc amerikalı musiqiçisinin zəngin repertuarı müasir dövrdə daha çox rep və pop musiqisinə həvəs göstərən gənc ərəblər arasında o qədər populyar olmasa da, onun ərəb musiqisini dərindən başa düşərək ifa etməsi hamını heyrətə gətirib. Ərəb dilində demək olar danışa bilməyən bir xaricinin klassik ərəb musiqini belə professional təzdə ifa etməsi çoxları üçün tamamilə gözlənilməz bir fenomendir.

Cennifer Qrout Ərəb istedad şousunun dekabrın 7-də Livan paytaxtı Beyrutda keçiriləcək finalında Yaxın Şərqin ən istedadlı ifaçıları ilə rəqabət aparacaq.