Suriya ilə bağlı Cenevrə danışıqları davam etdirilir

Suriya müxalifəti və hökumət nümayəndələri arasında Cenevrə danışıqları nailiyyətsiz keçsə də, davam etdirilir.

Müxalifət BMT-nin vasitəçiliyi ilə atəşkəsə nəzarət edəcək müvəqqəti hökumətin yaradılmasını təklif edir. Plan Suriya hökumətinin nümayəndə heyəti və beynəlxalq vasitəçi Laxdar Brahimiyə təqdim edilib.

Müxalifətin sözçüsü Louay Safi deyib ki, Suriya hökuməti hələ plana münasibət bildirməyib.

Dəməşq dəfələrlə müzakirələrin diqqət mərkəzində müvəqqəti hökumətin təşkili deyil, terroçuluqla mübarizə olmasını bildirib.

Brahimi sabah sülh danışıqlarının keirilməsinə yardım edən Rusiyanın xarici işlər nazirinin müavini Qennadi Qatilov və ABŞ dövlət katibinin müavini Uendi Şermanla görüşməlidir.