Cəmil Həsənli: İlham Əliyevin anti-Qərb isterikasından narahat olmaq lazım deyil

Cəmil Həsənli

Milli Şuranın sədri, professor Cəmil Həsənli Turan Agentliyinə müsahibəsində prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı fikirlərinə münasibət bildirib.

- Cəmil müəllim bir neçə gün əvvəl Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Qərbin, daha dəqiq desək Avropa ölkələrinin ünvanına ağır ittihamlar irəli sürüb. Sizcə bu son 20 ildə həyata keçirilən siyasi kursdan imtinadır?

Bu isterika ilk növbədə Birinci Avropa oyunlarının nəzərdə tutulan siyasi dividentlərinin iflasa uğraması ilə bağlıdır. Avropa siyasi elitasının səs-küysüz oyunları boykot etməsi faktiki olaraq Bakını uğursuz duruma saldı.

- Bilirsiniz son illərdə oturuşmuş siyasi kursdan imtina edib yeni siyasi kursa sərt dönüş etmək elə də asan məsələ deyil. Siyasi təhlilçilər hamılıqla cənab İlham Əliyevin məlum çıxışını ritorika adlandırir. Doğrudan da ritorik əlamətlər, qeyri dəqiq ifadələr, son günlərin psixoloji gərginliyindən irəli gələn əsəbi deyimlər bu çıxışda çox idi. Niyə məhz hədəf olaraq Avropa götürülmüşdü? Axı, az əvvəl hakimiyyətin əsas hədəfi ABŞ idi. Azərbaycan hakimiyyətinin və onun nəzarətində olan media qurumlarının bir az əvvəlki təbliğatında sadəlövhcəsinə Avropanı Amerikaya qarşı qoymaq cəhdləri var idi və hətta Vaşinqton Avropa ölkələrini vassala çevirməkdə belə ittiham edilirdi. İndi nə baş verdi ki, birdən-birə hədəf dəyişdi? Bu isterika ilk növbədə Birinci Avropa oyunlarının nəzərdə tutulan siyasi dividentlərinin iflasa uğraması ilə bağlıdır. Avropa siyasi elitasının səs-küysüz oyunları boykot etməsi faktiki olaraq Bakını uğursuz duruma saldı. İnsan haqları və demokratiya müstəvisində bütün dünya Azərbaycana qarşı çevrildi. Hakimiyyətin xalqın boğazından kəsib xərclədiyi özünüreklam büdcəsi faktiki olaraq onun özünə qarşı işlədi. Türklərin sözü ilə desək: “kəndi paramızla rəzil olduq”. Müşavirədə Avropanın hədəfə alınması ilk növbədə yeni başa çatmış Birinci Avropa Oyunlarının gətirdiyi psixoloji sarsıntılarla bağlı idi.

- Öz çıxışında cənab İlham Əliyev Avrointeqrasiyadan imtinanın anonsunu verdi. Sizcə bu Avroasiya İttifaqına meyllənmək, Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaq cəhdi deyilmi?

Diqqət yetirin iyulun 13-də prezident Bakıda Avropadan imtinanın anonsunu verir, bir gün sonra iyulun 14-də onun xanımı Avropanın siyasi və mədəni mərkəzi sayılan Kann şəhərində Azərbaycanın Avropa dəyərlərinə sədaqətindən danışır.

- İlk baxışda belə görünür. Amma bu məsələlər göründüyü qədər də sadə deyil. Diqqət yetirin iyulun 13-də prezident Bakıda Avropadan imtinanın anonsunu verir, bir gün sonra iyulun 14-də onun xanımı Avropanın siyasi və mədəni mərkəzi sayılan Kann şəhərində Azərbaycanın Avropa dəyərlərinə sədaqətindən danışır. Deməli Bakı çıxışı daha çox Qərbi, dəqiq desək son aylarda Azərbaycana qarşı vahid cəbhədən çıxış edən Avropanı çəkindirmək, onları əvvəlki yumşaq kursa qaytarmaq, Azərbaycanın insan haqları və demokratiya məsələlərində “müstəqilliyini” qoruyub saxlamağa hesablanıb. Keçmişdə də buna bənzər vəziyyət olub və hər dəfə Qərb Azərbaycan hakimiyyətinin ambisiyaları qarşısında geri çəkilib. Görünür indi bunu bir də sınaqdan çıxarmaq istəyirlər. Amma hazırkı durum əvvəlkindən xeyli fərqlidir və Azərbaycan hakimiyyətinin keçmiş təcrübəyə arxayın olub Qərblə konfrantasiyaya ketməsi kifayət qədər risklidir. Bütövlükdə Avrointeqrasiyadan imtina baş verə bilməz, ən pis halda balans dəyişə bilər. Məsələn, əvvəlki daha çox Qərb, sonra Rusiya kursu, daha çox Rusiya, sonra Qərb balansı ilə əvəzlənə bilər. Lakin indiki vaxtda ən radikal kurs dəyişikliyi belə müstəqillik üçün təhlikə deyil, bilavasitə rejim üçün təhlükədir. İlk baxışda Qərbdən üz döndərmək kimi görünən bu kursun heç bir aydın perspektivi yoxdur. Brincisi, Rusiya özü yaxşı durumda deyil, maliyyə, social-iqtisadi və bir sıra digər istiqamətlərdə onu ciddi sarsıntılar gözləyir. İranın zəngin enerji ehtiyatlarının Avropa bazarına çıxması yaxın bir-iki ildə onu (qismən bizi də) Yunanıstanın vəziyyətinə sala bilər. Rusiyanın himayəsi altında yaranan Gömrük İttifaqı nəinki praktiki baxımdan, hətta ideya baxımından da böhran içərisindədir. Ona qoşulmaq heç nəyi dəyişmir və bu ittifaqın iflası qaçılmazdır.

Dövlət Neft Fondu ŞƏT-in dirəyi sayılan Çində 3 günün içində 150 milyon dollar vəsait batırdı. 3 həftə ərzində yalnız fond birjalarında Çin 3,9 trilyon dollar məbləğində böyük itki ilə üzləşdi. Qərbin demokratiya tələblərindən bezib alternativ axtaran Azərbaycan hakimiyyəti hara əl atırsa orada uğursusluqla qarşılaşır.

Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaq cəhdinə gəldikdə isə Bakının Asiyaya dönüşü elə ilk addımdan uğursuzluğa düçar oldu. Bu təşkilatın aparıcı dövlətləri Rusiya və Çindir. Dövlət Neft Fondu ŞƏT-in dirəyi sayılan Çində 3 günün içində 150 milyon dollar vəsait batırdı. 3 həftə ərzində yalnız fond birjalarında Çin 3,9 trilyon dollar məbləğində böyük itki ilə üzləşdi. Qərbin demokratiya tələblərindən bezib alternativ axtaran Azərbaycan hakimiyyəti hara əl atırsa orada uğursusluqla qarşılaşır. Əslində, getməyə yer yoxdur, seçim imkanı elə də böyük deyil və ona görə də məlum çıxışın anti-Qərb isterikasından da əndişələnmək lazım deyil.

- Sizcə Almaniya Bundestaqı və Avropa Şurası əleyhinə səsləndirilən sərt ittihamlar izsiz ötüşəcək?

Əgər dünya siyasətində Avropanın rolu, önəmi artırsa, bu ilk növbədə Almaniyanın rolu və önəminin artmasıdır. Belə bir ölkə ilə konfrontasiyaya getmək Azərbaycanın maraqlarına uyğun deyil.

- Bilirsiniz, Almaniya indi Avropanın mərkəzi dövlətidir. Bu yalnız coğrafi baxımdan deyil, siyasi, iqtisadi və mədəni qiymətləndirmə baxımından da belədir. Məhz, Berlin xəzinəsi Avropanın maliyyə damarlarını Avro ilə təmin edir. Əgər dünya siyasətində Avropanın rolu, önəmi artırsa, bu ilk növbədə Almaniyanın rolu və önəminin artmasıdır. Belə bir ölkə ilə konfrontasiyaya getmək Azərbaycanın maraqlarına uyğun deyil. Xatırlayırsınıza bu ilin yanvar ayında cənab Əliyevin Almaniyaya səfəri zamanı keçirilən birgə mətbuat konfransında kansler Merkel yada salmışdı ki, Azərbaycan Avropa Şurasının üzvüdür. Deməli, insan haqlarını qorumağa, demokratiya normalarını və qanunun aliliyini təmin etməyə borcludur. O, mətbuat qarşısında demişdi: Biz hesab edirik ki, insan haqları sahəsində Azərbaycanda problemlər var. Bu problemləri həll etmək əvəzinə, siyasi məhbusların dairəsini daha da genişləndirən Azərbaycan hakimiyyəti yanlış olaraq daha çox adam tutmağa, tənqidi səsləri boğmağa “müstəqilliyin” bir atributu kimi baxır və bu istiqamətdə Almaniya da daxil olmaqla Qərbin tələblərinə əzmkarlıqla dirəniş göstərirdi. Digər tərəfdən hakimiyyətin avtoritarlaşması “dövlət mənəm” təkəbbürünü yaradıb. İyulun 13-də cənab Əliyevin çıxışında bu açıq aydın hiss edilir və onun başçılıq etdiyi hakimiyyəti tənqid etmək “antiazərbaycan” addımı kimi qiymətləndirilir. Əslində Almaniya Bundestaqı tək demokratiya

Əslində Almaniya Bundestaqı tək demokratiya tələbində bulunmayıb, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü tanıyan, onun ərazilərinin Ermənistan tərəfindən işğal olunduğunu əks etdirən, hətta Azərbaycan hakimiyyətinin artıq unutduğu Ermənistandan 250 min azərbaycanlının qovulmasını belə öz qətnaməsində təsbit edib.

tələbində bulunmayıb, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü tanıyan, onun ərazilərinin Ermənistan tərəfindən işğal olunduğunu əks etdirən, hətta Azərbaycan hakimiyyətinin artıq unutduğu Ermənistandan 250 min azərbaycanlının qovulmasını belə öz qətnaməsində təsbit edib. Hələ ki, Avropada ikinci bir dövlət məsələyə belə kompleks şəkildə yanaşmayıb və ölkənin maraqlarını nəzərə alaraq bunu qiymətləndirmək lazımdır. Avropa Şurasına gəldikdə isə heç kəs xahiş etməmişdi ki, Azərbaycan bu qurumun üzvü olsun, əgər olubsa üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. O biri tərəfdən isə elə yuxarıda xatırlatdığımız Almaniya səfəri zamanı cənab Əliyev məhz AŞPA-nın 2013-cü ilin yanvar ayında qəbul etdiyi məlum qətnaməyə istinad edərək bəyan edirdi ki, Azərbaycanda siyasi məhbus yoxdur, ölkənin ərazi bütövlüyü barədə bilavasitə AŞPA-dan alınmış arayışları gecə-gündüz nümayiş etdirirdilər. Bir halda bir qurumu istinad nöqtəsinə çevirmək, digər halda onu “paxıl və bədniyyət” adlandırmaq məsələyə dövləti yox, şəxsi hakimiyyət rejimi maraqlarından yanaşmağın açıq ifadəsidir. Azərbaycan hakimiyyəti dünyada dəyişən meylləri hiss etmək istəmir. Bu meyllər o qədər kəskin şəkildə dəyişir ki, dünən Əliyev hakimiyyətinin əsas dayağı rolunu oynayan AŞPA bu gün onun hədəfinə çevrilmişdir. Əslində, AŞPA son qətnaməyə qədər Azərbaycan hakimiyyətinin əlində bir vasitəyə çevrilməklə öz nüfuzunu ciddi şəkildə zədələmişdi. Bunu hətta Avropanın nüfuzlu siyasətçiləri də etiraf etməkdən çəkinmirdilər. Mən deyərdim bu qətnaməni qəbul edənlər və etdirənlər Azərbaycandan çox, AŞPA-nı xilas etməyə nəhayət ki, qərar verdilər.

- Bir çoxları Prezident Əliyevin çıxışının ölkə daxilinə hesablandığı fikrindədir. Siz bu fikirləri bölüşürsünüzmü?

İyulun 13-də cənab Əliyev mesaj verdi ki, siyasi məhbusların buraxılması yaxın vaxtlarda gözlənilmir və hətta“beşinci kolonun qalıqları” hesabına bu dairə genişlənə də bilər...

- Mən bu dəyərləndirmə ilə əsasən razıyam. Çıxışın ritorikası, onun televiziya kanalları ilə geniş nümayişi, mediada geniş təqdimatı bilavasitə ölkənin daxilinə hesablanmışdı və yüksək dövlət məmurundan tutmuş sadə vətəndaşa qədər hər kəs xəbərdar edilirdi ki, kimsə özgə xəyala düşməsin, mən varam və orta əsr Fransasında olduğu kimi hələ ki, “dövlət mənəm”. Ölkədə maliyyə iqtisadı böhranın güclənməsi, Avropa oyunlarının arzu olunan siyasi nəticələri verməməsi, Qərb tərəfindən başlamış demokratiya tələbləri bəzi suallar doğurmuşdu. Ayrı-ayrı məmur oliqarxların daha yüksək vəzifələr tutmaq üçün daxili bir səfərbərlik keçirdikləri duyulurdu. Çoxdan danışmayan adamlar dilə gəlmişdi. İyulun 13-də cənab Əliyev mesaj verdi ki, siyasi məhbusların buraxılması yaxın vaxtlarda gözlənilmir və hətta“beşinci kolonun qalıqları” hesabına bu dairə genişlənə də bilər. Qərbin qətnamələrinin topa tutulması bu çıxış fonunda daha çox Azərbaycan vətəndaşının azad seçki arzusunun gülləboran edilməsi təsiri bağışlayır. Bu ritorikanın arxasında seçkilərin saxtalaşdırılacağı açıq-aydın hiss edilir. Əks təqdirdə “O qətnamələr bizim üçün kağız parçasıdır. Ona görə heç kim onları heç vaxt icra

Bunu bilsinlər, Azərbaycan xalqı bilsin” isterikasının bircə “Məzahir Pənahov da bunu bilsin” hissəsi çatışmır. O da yəqin daxili qaydada, xidməti qaydada həll olunacaq.

etməyəcək. Bunu bilsinlər, Azərbaycan xalqı bilsin” isterikasının bircə “Məzahir Pənahov da bunu bilsin” hissəsi çatışmır. O da yəqin daxili qaydada, xidməti qaydada həll olunacaq. Ancaq belə yanaşma, Qərblə konfrontasiya vəziyyətdən çıxış yolu deyil. İranın təcrübəsi bunun səmərəsizliyini ortaya qoydu və hətta rəsmən ilahiyyat postulatları üzərində qurulmuş Tehran rejimi belə öz təkəbbüründən əl çəkmək məcburiyyətində qaldı. Bu günlərdə Qərblə sazişə gəlməklə regional dövlət kimi Azərbaycan “sendviçinin” bir tərəfini isindirən İran indi Qərblə əməkdaşlığa yol açdı. Bu razılaşma ilə region yeni geosiyasi duruma qədəm qoyur. Bu durumda Azərbaycanın Avropa ilə konfrontasiya siyasətinin heç bir perspektivi və daxili resursları yoxdur. Bizim ölkə siyasi oriyentasiya baxımından yüz ilə yaxındır ki, Asiyadan uzaqlaşıb. İndi təzədən bu millətin üzünü Asiyaya çevirmək baş tutan sevda deyil.

- Biz dəfələrlə bu tipli müşavirələrdə prezidentin məmurları hədələdiyinin, qiymətləri süni şəkildə qaldıranlara qarşı tədbirlər görüləcəyi barədə xəbərdarlıqlarının şahidi olmuşuq. Sizcə bu barmaq silkələməyin bir təsiri olacaqmı?

Deməli hələ altı ay da dərman cəlladları baş kəsə bilərlər. Düzü bu məsələlərdə prezidentin sözünün kəsəri inandırıcı görünmür.

- Düzü bütün bunların ciddi bir nəticə verəcəyinə inanmıram. Dörd ay öncə cənab Əliyev dərman preparatları, onların keyfiyyətinin aşağı, qiymətlərin orta göstəricilərdən 5, hətta bəzən 10 dəfə baha olması barədə çıxış etdi. Nə dəyişib? Həmin bazar, həmin nırx! Əgər kimsə keyfiyyətsiz dərman idxal edirsə bu xəstəni aldatmaq, onu ölümə məhkum etmək deməkdir. Əgər prezident bunu bilib qarşısını almırsa buna nə ad vermək olar. İndi də elan etdi ki, dərman məsələsi ilin axırına kimi həll olunacaq. Deməli hələ altı ay da dərman cəlladları baş kəsə bilərlər. Düzü bu məsələlərdə prezidentin sözünün kəsəri inandırıcı görünmür.

- Niyə?

Cənab Əliyev ölkənin ən gəlirli sahələrini öz yaxın adamlarının, qohum-əqrəbasının nəzarətinə verib. Bu sahələrdə qiymətlərin baha olması bilavasitə bununla bağlıdır.

- Çünki bank kreditləri dərəcələrinin yüksək olması, AZAL biletlərinin qiymətlərinin od tutub yanması, dərman preparatları ilə bağlı məsələnin səhiyyədən çıxıb biznes xarakteri alması, mobil telefon danışıq haqlarının yüksək olması, Bakıda hotel qiymətlərinin Azərbaycan vətəndaşı üçün əlçatmaz həddə yüksəlməsi Nazirlər Kabinetindən, hökumətdən daha çox ailədaxili, klandaxili məsələlərdir. Cənab Əliyev ölkənin ən gəlirli sahələrini öz yaxın adamlarının, qohum-əqrəbasının nəzarətinə verib. Bu sahələrdə qiymətlərin baha olması bilavasitə bununla bağlıdır.

- Cənab İlham Əliyev öz çıxışında iş adamları, vergi orqanları, hüquq mühafizə orqanlarının işgüzar mühitə müdaxiləsini ciddi şəkildə tənqid etdi. Sizcə bu tənqidlər nəyisə dəyişəcəkmi?

Vergi və gömrük orqanları bu gün Azərbaycanda iqtisadi tənəzzülü stumullaşdıran dövlət orqanlarına çevriliblər.

- Əlbəttə, siyasi iradə olsa dəyişər. Təəssüf ki, son tədbirləri ilə hökumət işgüzar mühitə sağalmaz yara vurdu. Siyasi göstəriş olmasaydı heç vaxt Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi iş adamları ilə bu formada rəftar edə bilməzdi. İş adamlarının kütləvi şəkildə “Bandotdelə” yığılması bu idarəyə daha çox “Baandotel” xarakteri verməyə başladı. Bu idarəni görən biznes əhli bir də heç vaxt burda ürək qızdırıb iş görməz. Qəribə vəziyyət yaranıb: bir tərəfdən ölkə başçısı iş adamlarına azad mühit vəd edir, o biri tərəfdən “Bandotdel” hələ bu gün də çoxlu sayda iş adamın qanunsuz əsaslarla həbsdə saxlayır. Çoxlu sayda müəssisələr öz fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Hara gedirsən xırda mülkiyyətçilər vergi tarxanlarının (Qızıl Orda dövlətində vergitoplayanlar) əlindən həzər vururlar. Təsəvvür edin prezident səviyyəsində etiraf edilir ki, “Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, "krışalıq" edirlər”. İndi vergi sistemi o qədər “şəffaflaşıb” ki, hətta məmur iş adamına açıqca etiraf edir ki, sənə bu qədər cərimə (obyektin dövriyyəsinə uyğun) yazmalıyıq özün bir nöqsan de yazaq akta. Bu ucdantutma xarakter alıb. Bu millət çox rahat şəkildə gördüyü işin vergisini verər, sadəcə olaraq hər kvartal, hər yarım il və il başında toplanan qanunsuz töycülər onu taqətdən salıb. Vergi və gömrük orqanları bu gün Azərbaycanda iqtisadi tənəzzülü stumullaşdıran dövlət orqanlarına çevriliblər. Bu iqtisadi sarsıntılar fonunda altı ayın yekunlarına görə inkişaf göstəriciləri ilə bağlı ölkə başçısının müşavirədə səsləndirdiyi rəqəmlər real vəziyyəti əks etdirmir. Ölkənin əraziləri işğal altında qalmaqda davam edir, işsizlik kütləvi hal alıb, neftin yalnız qiyməti deyil, istehsalı da aşağı düşür, regionların sosial-iqtisadi inkişaf baş vermədi və rayonlar hələ də dotasiyalar hesabına yaşayır, yüksək kredit faizləri bankların əsarətinə düşən xalqı çarəsiz duruma salır. Bütün bunları həll etmək əvəzinə hakimiyyət hələ də Avropa oyunlarının psixoloji təsirindən ayrıla bilmir. Bu oyunların şərəfinə keçirilmiş könüllülər paradında Azərbaycan bayrağının necə ayaqlar altına atıldığının şahidi olduq. Gercək mənəvi dəyərlərə görə könüllü səviyyəsinə yüksəlmiş bir gənc heç vaxt öz xalqının və öz dövlətinin milli rəmzi ilə belə rəftar edə bilməz. Yəni oriyentasiyanı yox, saxta vətənpərvərlik üzərində qurulmuş dəyərləri dəyişməyin zamanıdır! Siyasi məhbus dairəsini genişləndirməyin yox, demokratiya, insan hüquqları, söz azadlığına iman gətirməyin vaxtıdır!