Cəmil Həsənli: "Millət qəddini düzəldib göstərməlidir ki, bu ölkənin sahibidir!" [Videolar]

Your browser doesn’t support HTML5

Cəmil Həsənlinin 22 sentyabr mitinqində çıxışından - 1

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin ilk mitinqi başa çatıb
18:05
Mitinq yerini tərk edən Cəmil Həsənlini iştirakçılar böyük çoşğu ilə yola salıblar.

Your browser doesn’t support HTML5

Mitinq iştirakçıları Cəmil Həsənlini coşğu ilə yola salır


18:00
Sonda mitinqin qətnaməsi oxunub. Qətnamədə 4 müddəa yer alıb. Bunlara siyasi məhbusların azadlığa buraxılması, paytaxtda və bölgələrdə seçicilərlə görüş üçün normal yerlər ayrılması, seçici siyahıları və ölkəni tərk edən seçicilər barədə cəmiyyətə doğrun məlumat verilməsi və İlham Əliyevin inzibati resursların öz təbliğatına istiqamətləndirilməsinə son qoyulması daxildir.

Your browser doesn’t support HTML5

22 sentyabr mitinqinin qətnaməsi



Your browser doesn’t support HTML5

Mitinq iştirakçıları "Azadlıq" şüarı səsləndirərkən



17:55
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli tərədarları qarşısında çıxışında Həzrəti Əliyə istinad edərək deyib: "Həzrəti Əlinin bir kəlamı var. Zülmü görüb, ona etiraz etməmək zalımın yanında olmaq deməkdir".

O, Azərbaycan xalqını xeyirin, ədalətin yanında olmağa çağırıb. Cəmil Həsənli seçicilərə çağırış edib ki, zalimin yanında olub bu dünyanın xeyirlərinə aldanmayın.

"Zalimi barmaqla göstərmək lazımdır. Zülmün kötüyünü vətənimizdən çəkmək lazımdır. Bunlar bizim gözəl vətənimizi əraziyə, şərəfli millətimizi əhaliyə çevirməyə cəhd edirlər" - deyə bildirən Cəmil Həsənli millətin qəddini düzəltməli olduğunu vurğulayıb.


Your browser doesn’t support HTML5

Cəmil Həsənlinin 22 sentyabr mitinqidə çıxışından - 2



Your browser doesn’t support HTML5

Cəmil Həsənlinin 22 sentyabr mitinqində çıxışından - 3



Your browser doesn’t support HTML5

Cəmil Həsənlinin 22 sentyabr mitinqində çıxışından - 4


--------------------------------------------------------------------------------------------
17:45


Your browser doesn’t support HTML5

Mitinqdə minlərlə insan iştirak edir


------------------------------------------------------------------------------------------------
17:35
Mitinqdə çıxış edən Müsavat başqanı İsa Qəmbər iddialarından geri çəkilmədiklərini bildirib: "Çünki bizim iddiamız vəzifə iddiası deyil. Bizim iddiamız Azərbaycanın, Azərbaycan xalqının xoşbəxtliyidir. İddiamız azadlıqdır, ədalətdir! Bizim iddiamız Qarabağın azad edilməsi, işğal olunmuş torpaqlarımızın azad edilməsidir! Bizim iddiamız Azərbaycan vətəndaşının ləyaqətli həyatıdır".

Your browser doesn’t support HTML5

İsa Qəmbər: "Bizim iddiamız Azərbaycan vətəndaşının ləyaqətli həyatıdır"


--------------------------------------------------------------------------------------------------------
16:55
Vəkillər Kollegiyasından xaric edilən tanınmış vəkil Aslan İsmaylov (Özü ictimai fəaliyyətinə görə kollegiyadan uzaqlaşdırıldığını bildirir.) çıxış edib. "Bizə göstərmək istəyirdilər ki, biz ləyaqətsizik. Göstərmək istəyirdilər ki, biz Hafizlərdən ibarətik. Cəmil Həsənli bunun əksini göstərdi. Göstərdi ki, haqqlarımızı müdafiə edə bilər. Göstərdi ki, tək deyilik. Göstərdi ki, bizim liderimiz var!"

Your browser doesn’t support HTML5

Mitinq iştirakçıları siyasi məhbuslara azadlıq tələb edir


---------------------------------------------------------------------------------------------------
16:40
Mitinq iştirakçıları qarşısında çıxış edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli diqqəti son günlər Cəmil Həsənlinin İctimai Televiziyada keçirilən debatdakı çıxışına yönəldib. O deyib ki, Cəmil Həsənli hökumətin "son 20 ildə yürütdüyü yaramaz siyasəti" 12 dəqiqədə məhv edib. AXCP sədrinin sözlərinə görə, "bir tərəfdə professor, ziyalı Cəmil Həsənli, digər tərəfdə isə oğru Əliyev hökuməti var". O, hamını doğruya səs verməyə çağırıb.

Your browser doesn’t support HTML5

AXCP sədri Əli Kərimlinin çıxışından - 22 sentyabr 2013



Your browser doesn’t support HTML5

Mitinqdə dindarlar və şəhid əsgər valideynləri də iştirak edir

-----------------------------------------------------------------------------------
16:25


Mitinq Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra mitinq iştirakçıları "İlham get", "İlham hanı" kimi şuarlar səsləndiriblər. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli insanlar qarşısında çıxış edib.

Your browser doesn’t support HTML5

Mitinq iştirakçıları "İlham çıx get deyir" - 22 sentyabr


-----------------------------------------------------------------------------------------------------------
16:00

Bakı müxbirimizin verdiyi məlumata görə, mitinq hələ başlamayıb: "Hazırda stadionda minlərlə insan var. İnsanlar gəlməkdə davam edir". Mitinqə daxil olmaq üçün stadionun girişində hamını yoxlayan polis əməkdaşları 18 yaşı tamam olmayanları stadiona buraxmır.

Your browser doesn’t support HTML5

Mitinq hələ başlamayıb


----------------------------------------
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçki təşviqat mitinqi başlamaq üzrədir. "Bəsdir" şüarı ilə keçirilən mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb və icazəlidir. İnşaatçılar metro stansiyasının yaxınlığında, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən ​Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin "Məhsul" stadionunda keçirilən mitinqdə Cəmil Həsənlinin seçki platformasını açıqlayacağı gözlənilir.