Milli Şura bəzilərinin görüşü pozmağa cəhd etdiklərini bildirib
Bu gün sentyabrın 29-da Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli paytaxt Bakıdan təxminən 350 kilometr qərbdə Mingəçevir şəhərində seçicilərlə görüş keçirib.
Turan İnformasiya Agentlinin məlumatına görə, yerli mədəniyyət evində təşkil edilən görüşdə yüzlərlə insan iştirak edib. Tədbiri Müsavat Partiyasının başqanı İsa Qəmbər açıb. O, cənab Həsənlini təqdim edib və onun xidmətləri haqqında danışıb. Müsavat başqanı zala toplaşanları "iflas etmiş hakimiyyətə yox deməyə", "özləri və övladları üçün daha yaxşı gələcəyə, azadlığa və ədalətə" səs verməyə çağırıb.
AXCP sədr müavini Nurəddin Məmmədli bu xətti davam etdirərək, vətəndaşları daha fəal olmağa və öz talelərinə biganə qalmamağa çağırıb.
Cəmil Həsənli öz çıxışında prezident İlham Əliyevi hədəf alıb. Prezidentliyə namizəd ölkədə əxlaqi vəziyyətin ağır olmasına, elm və mədəniyyət səviyyəsinin aşağı düşməsinə diqqət çəkib. "Bu fonda hakim rejim ölkənin sərvətlərini soymaq və buna mane ola biləcək hər şeyi və hər kəsi məhv etməklə məşğuldur. Bizim vətəndaş borcumuz bu çıxılmaz vəziyyəti aradan qaldırmaqdır", deyən Həsənli seçiciləri 9 oktyabr seçkilərində hazırki hakimiyyətə "yox" deməyə çağırıb.
Toplaşanlar arasında iyirmiyə yaxın təxribatçı və polis casusunun olduğunu iddia edən Milli Şura səlahiyyətliləri onların atmacalar və hərəkətləri ilə görüşü pozmağa çalışdığını bildirib. "Polis guya xuliqanları saxlayırdı, əslində isə bu funksiyanı müxalifət fəalları və Cəmil Həsənlinin mühafizəçiləri həyata keçirirdi" - dəyə onlar bildirib.
Görüş başa çatandan sonra Bakıya yola düşən Cəmil Həsənli axşam saatlarında Bakıda gənclərlə daha bir görüş keçirilib.Xətai rayon ərazisindəki Bakı kinoteatrında təşkil edilən Xətai seçiciləri ilə görüş artıq başa çatıb.
Azadlıq qəzetinin əməkdaşınının hadisə yerindən verdiyi məlumata görə, kinoteatr seçicilərlə dolub. "Görüşə gələnlər zala sığmır. Polis zaldan kənarda qalanları ərazidən uzaqlaşdırmaqla məşğuldur. Zala oturacaqların sayından artıq insanın daxil olmasına mane olmağa çalışırlar. Bununla belə görüşə gələnlərin sayı artır" - deyə Azadlıq qəzeti bildirir.