Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurası (DQMŞ) növbəti sessiyası keçirilib. Dekabrın 3-də keçirilən sessiyada prezidentliyə keçmiş namizəd Cəmil Həsənli Milli Şuranın sədri seçilib. Əvvəlki sədr Rüstəm İbrahimbəyov isə fəxri sədr kimi qəbul edilib.
Your browser doesn’t support HTML5
Eldar Namazov və Rüstəm İbrahimbəyov istefa verib
Your browser doesn’t support HTML5
Cəmil Həsənli: Maqnitski qanunu Azərbaycanda tətbiq edilməlidir
Milli Şura habelə sessiya zamanı Azərbaycan hökumətinin dekabrın 3-dən benzin və dizel yanacağının qiymətinin artırılması haqqında qərarını qətiyyətlə pisləyib. Milli Şuranın dekabrın 3-də qəbul edilmiş bəyanatında hökumətin qərarı “qanunsuz və ədalətsiz addım” kimi qiymətləndirilib. “Tənzimlənən qiymətlər haqqında Qanun”un prinsiplərinə, eləcə də öz Əsasnaməsinin 3.15-ci maddəsinə zidd olaraq, Tarif Şurası iqtisadi-sosial cəhətdən əsaslandırılmadan, bazarın tələbləri və əhalinin alıcılıq qabiliyyəti nəzərə alınmadan yeni qiymət artımına rəvac verib, deyə DQMŞ-nin bəyanatında bildirilir.
Your browser doesn’t support HTML5
Milli Şura: Azərbaycan yolunu 1918-ci ildə müəyyən edib - Avropa
Sessiyada EL hərəkatının lideri Eldar Namazov İcra Aparatının rəhbəri vəzifəsindən istefa verib. Onun istefası bugünkü sessiyasında qəbul edilib. Cənab Namazov öz bəyanatında istefasını EL hərəkatının “işlərilə çox məşğul olması” ilə əsaslandırıb. Namazov özü Kiyevdə olduğu üçün sessiyada iştirak etməyib.
Your browser doesn’t support HTML5
Milli Şura siyasi məhbuslara azadlıq tələb edir
Bundan başqa iclasda Ukraynadakı hadisələrə də münasibət bildirilib. DQMŞ hesab edir ki, “Ukrayna xalqının Avropa dəyərlərinə inteqrasiya olmaq uğrunda mübarizəsi mütərəqqi tendensiyadır və onun qələbə ilə nəticələnməsi bütövlükdə post-sovet Avropasının Avroatlantik məkana qoşulması istiqamətdə əhəmiyyətli hadisə olacaq”.
Your browser doesn’t support HTML5
Milli Şurada siyasi mübahisə
Your browser doesn’t support HTML5
Milli Şura neft məhsullarının qiymətinin artırılmasına etiraz edir
Your browser doesn’t support HTML5
Müsavat başqanı Rüstım İbrahimbəyovun Milli Şuranın fəxri sədri olmasına etiraz edib
Your browser doesn’t support HTML5
Arif Hacılı və Cəmil Həsənli Rüstəm İbrahimbəyov barədə