Cəmil Həsənli: "Kütləvi saxtakarlıqlar seçkinin nəticəsini şübhə altına almaq üçün yetərlidir"

Your browser doesn’t support HTML5

"Kütləvi saxtakarlıqlar seçkinin nəticəsini şübhə altına almaq üçün yetərlidir"

Milli Şuranın prezidentliyə namizədi mətbuata açıqlama verib
Bu gün yerli vaxtla 11:20 radələrində Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli 17 saylı Yasamal III Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində həyat yoldaşı ilə birlikdə səs verib. Cəmil Həsənlinin səs verməsini onlarla mətbuat orqanı işıqlandırıb. Daha sonra Milli Şuranın prezidentliyə namizədi seçki məntəqəsinin önündə mətbuata açıqlama verib.

Mətbuata açıqlamasında Cəmil Həsənli Prezident Seçkilərinin ölkə üçün tarixi hadisə olduğunu deyib. Jurnalistlərin suallarına cavabında isə cənab Həsənli indiyədək onlara məxsus seçki qərargahınınn qeydə alınmış saxtakarlıqlarla bağlı 6 press-reliz açıqladığını və bunların mətbuatda yayıldığını bildirib. "İndiyədək qeydə alınmış kütləvi saxtakarlıqlar seçkinin nəticəsini şübhə altına almaq üçün yetərlidir" - deyə Milli Şuranın prezidentliyə namizədi bildirib.

Your browser doesn’t support HTML5

Cəmil Həsənli "Proses belə davam etsə, seçkilərin legitimliyi şübhə altına alınacaq"

Your browser doesn’t support HTML5

Milli Şuranın prezidentliyə namizədi mətbuata açıqlama verir