Cəmil Həsənli: "Yığdığınız bəsdir. Bəsdi bu xalqın sərvətini taladınız" [video]

Your browser doesn’t support HTML5

Prezidentliyə namizəd Cəmil Həsənlinin çıxışı

Prezidentliyə namizəd Cəmil Həsənlinin çıxışında hakimiyyəti sərt tənqid edib
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli Bakıda seçki öncəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş-mitinqində çıxışında hökuməti sərt tənqid edib.

O, mitinqə toplaşanları Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun adından salamlayıb.

Cəmil Həsənli bildirib ki, xalqı, dövləti düşdüyü bu acınacaqlı durumdan buraya toplaşmış fədakar insanlar xilas edəcəklər.

Mitinq iştirakçıları "İstefa"deyə şuarlar səsləndiriblər.

Daha sonra Cəmil Həsənli mitinq iştirakçılarına üz tutaraq, birgə yola çıxdıqlarını, hədəflərinin bəlli olduğunu, yollarının haqq yolu olduğunu bildirib.



Your browser doesn’t support HTML5

Yığdığınız bəsdir. Bəsdi bu xalqın sərvətini taladınız


"Yığdığınız bəsdir. Bəsdi bu xalqın sərvətini taladınız. Millətin balaları Virciniya, Panamanın harada olduğunu bilmir.Sizlər öz kiçik övladlarınız üçün Dubaydan Virciniyaya qədər villalar almısız. Bunları Allah götürməyəcək. Bizdən platfoma istəyən xalqımız - ədalətli cəmiyyət və ləyaqətli həyatdır bizim platformamız"-deyə Cəmil Həsənli bildirib.

Your browser doesn’t support HTML5

Cəmil Həsənli:İnsanların can və mal güvənliyi olmalıdır


Cəmil Həsənli deyib ki,insanların mülkiyyət azadlığı olmalıdır: "Baxın yüz minlərlə insanların evlərini başlarına uçurdurlar.Onlara qəpik-quruş verilir."

Your browser doesn’t support HTML5

Cəmil Həsənli:Millətin haqqını ona qaytarmağın vaxtı gəlib çatıb



Cəmil Həsənli prezident seçilərsə “Qızıl amnistiya” elan edəcəyini bildirib. “Amnistiya siyasi, vicdan məhbuslarına eləcə də mülkiyyət hüququna aid olacaq. Bütün sənədsiz mülkiyyətlərin amnisiyasını elan edəcəm”, o qeyd edib.


Your browser doesn’t support HTML5

Cəmil Həsənli : Qızıl amnistiya elan edəcəm


Your browser doesn’t support HTML5

Cəmil Həsənli:Qızıl amnistiya elan edəcəm -1


Mitinq iştirakçıları Həsənlinin çıxışını böyük coşqu ilə qarşılayıb. “Cəmil bəy, Sizinlə qürur duyuruq”, “İstefa” və digər şüarlar səsləndirilib.


Your browser doesn’t support HTML5

“Cəmil bəy, Sizinlə qürur duyuruq”