Amerikanı dünyaya tanıdan onun filmləri, musiqisi və məşhurlarıdır. Lakin Birləşmiş Ştatların məşhurları barədə xəbərlərin dünya boyu yayılmasına baxmayaraq, son rəy sorğuları bir çox amerikalının bəzi məşhurlardan bezdiklərini göstərir.
Növbəti dəfə Nyu-Yorkda Realiti-şou ulduzları Kardaşyanlar diqqət mərkəzindədir.
"Biz sizi sevririk, hamınızı qucaqlayıb bağrımıza basırıq"-deyə, bacılardan biri qışqırır.
Lakin amerikalıların çoxu başqa fikirdədir. Amerikalıların bezdikləri məşhurlar siyahısının başında Kardaşyanlar klanı yer alıb. Amerikalıların 70 faizi yeni ildə onları daha az görəcəklərinə ümid edirlər.
Harris İnteractive-in apardığı rəy sorğuları qara siyahıda ikinci yerdə aktrisa Linsdey Lohanın olduğunu göstərib. “Mən baş verənləri zarafat kimi qəbul etmirəm, bu mənim həyatım və karyeramdır”. Bu sözləri Lindsey Lohan iki il bundan əvvəl hakimə demişdi. İndi 68 faiz amerikalı da burada gülməli heç nə olmadığını düşünür.
Siyahıda 'Honey Boo Boo' gözəllik müsabiqəsinin ulduzu 6 yaşlı Alana və onun anası Cun Şennon da var. Rəyləri soruşulanların üçdə ikisi daha bu şouya baxa bilmədiklərini deyir.
Siyahıya eləcə də yeniyetmə müğənni Castin Biber, R&B-nin solisti Kris Braun və “Twilight” filmindən sevgilisinə xəyanət edən aktrisa Kristin Styuart da daxildir.
İctimaiyytəi bezdirmiş məşhurları hədəfə alan Zebra Pen Corporation-in şirkətindən marketinq directoru Kris Farli Amerikanın Səsinə Skype-da danışıb.
O, insanları bezdirmiş məşhurların siyahısını hazırlamaqğn maraqklı olduğunu deyir.
Lakin məşhurların heç də hamısı Hollivudda yaşamır. Məsələn Vaşinqtonda yaşayan ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin sabiq direktoru Devid Petreyas.
Birləşmiş Ştatalrın sabiq prezidenti Corc Buş Senatın Petreyasın yaxşı insan olduğunu təsdiq etdiyini və səsverməyə gərək qalmadığını demişdi.
Lakin Petreyesin tərcümeyi-halını yazan müəlliflə sevgi macərasının yeni detalları ortaya çıxdıqdan sonra, 20 faiz amerikalı bunun kifayət olduğunu dedi.
Daha bir nəfəri, daşınmaz əmlak üzrə maqnat Donald Trampı misal gətirə bilərik.
O, dəfələrlə prezident Barak Obamanın Birləşmiş Ştatlarda doğulduğunu şübhə altına alıb və prezidentin bunu təsdiq etməsini tələb edirdi. “Nəhayət prezidentimiz doğum şəhadətnaməsini göstərdi.” - deyə, o bildirir.
Rəy sorğuları ali məktəb tələbələrinin yarıdan çoxunun 2013-cü ildə belə insanlar haqda daha az eşitmək istədiyini göstərib.