Çeçenistanda iki yaraqlı öldürülüb

Çeçenistanda iki yaraqlı öldürülüb

Şübhəlilərin adı axtarışda olanların siyahısında olub və onlar silahlı qruplaşmanın üzvü olublar

Rusiyanın Çeçenistan Respublikasının rəsmiləri deyir ki, silahlı qarşıdurma zamanı polis iki yaraqlını öldürüb. Çeçen lider Ramzan Kadırovun sözçüsünün bildirdiyinə görə, şübhəli şəxslər bu gün xüsusi əməliyyat keçirən polis işçilərinə atəş açıb. Rusiyanın İtar-TASS xəbər agentliyi deyir ki, şübhəlilərin adı axtarışda olanların siyahısında olub və onlar silahlı qruplaşmanın üzvü olublar. Rusiyanın Şimali Qafqaz bölgəsindəki Çeçenistan illər boyu islamçı separatçılarla bağlı zorakılıqlara səhnə olub.