Azərbaycan hərbçisi həlak olub

Cəbhə xətti

Yanvarın 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Nahid Səfərov həlak olub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, Dağlıq Qarabağa aidiyyəti olmayan bölgədə bu kimi təxribatın törədilməsi üçüncü tərəfin münaqişəyə cəlb edilməsi məqsədi daşıyır.

“Narahatçılıq doğuran həm də odur ki, hər dəfə beynəlxalq qurumlar yalnız erməni tərəfi itki verdikdə hadisəyə reaksiya göstərir. Azərbaycan Silahlı Qüvvələri tərəfindən cavab tədbirləri görüləcək", Müdafiə Nazirliyinin mətbuat xidməti xəbərdarlıq edir.

Ermənistan tərəfi sərhəddə baş verən insidentlə bağlı hələ məlumat yaymayıb.