Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində bir nəfər yaralanıb, bir neçə ev və avtomobilə ziyan dəyib
Ermənistan-Azərbaycan cəbhəsində ötən gecə atışmalar davam edib. İlkin məlumata görə, Azərbaycan tərəfdən bir mülki şəxs yaralanıb və bir neçə evə, avtomobilə ziyan dəyib.
Atışma zamanı cəbhə bölgəsində olan Milli Məclisin deputatı Qənirə Paşayeva öz Facebook səhifəsində yazır ki, ötən gecə Ermənistan Silahlı Qüvvələri Tovuzun Əlibəyli kəndi (Bakıdan 450 kilometr qərbdə Ermənistanla sərhəd) istiqamətində atəşkəsi pozub. Axşam saatlarında mülkü vətəndaşın maşınını, sonra kənd sakini Etibar Tağıyevin evini, kənd sakinlərinin evlərini atəşə tutub.
“Etibar Tağıyevin evini gülləyə tutublar və güllələrdən biri evin divarını keçərək onu ayağından yaralayıb. Tağıyev rayon xəstəxanasına çatdırlıb”, deputat qeyd edir.
Öz növbəsində Müdafiə Nazirliyinin mətbuat xidməti Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində atəşkəsin pozulduğunu təsdiq edib. “Atəşkəsin pozulması nəticısində hərbi qulluqçular arasında xəsarət alan yoxdur”.
Mətbuat xidmətinin məlumatına görə, ötən gün cəbhənin digər istiqamətlərində də atəşkəs pozulub.
Öz növbəsində Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə martın 28-də saat 2 radələrində Tovuz rayonunun Əlibəyli kənd sakini Elman Tağıyev ermənilər tərəfindən açılmış atəşdən xəsarət alıb.
Ermənistan tərəfi insidentlə bağlı açıqlama verməyib.
Xatırladaq ki, son dövrlər münaqişənin nizamlanması istiqamətində danışıqlar baş verəndən dərhal sonra cəbhə xəttində ciddi insidentlər qeydə alınır.
Belə ki, martın 27-də baş verən insident Azərbaycan və Ermənistan rəhbərlərinin Haaqa görüşündən sonraya təsadüf edir.