Atəşkəs rejimi 196 dəfə pozulub

Cəbhə xətti

Atışmalar cəbhənin bütün istiqamətlərində qeydə alınıb
Ötən sutka ərzində Qarabağda qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində erməni tərəfi atəşkəs rejimini 196 dəfə pozub.

Belə ki, düşmən Ermənistan tərəfdən Tovuz rayonunun (Bakıdan 450 kilometr qərb) Muncuqlu kəndini, Qazax rayonunun (Bakıdan 500 kilometr qərb) Qızılhacılı kəndini və Gədəbəy rayonundakı (Bakıdan 460 kilometr şimal-qərb) adsız yüksəklikləri atəşə tutub.

Bundan əlavə, erməni tərəfi Füzuli, Ağdam, Cəbrayıl, Xocavənd, Tərtər rayonlarında işğal olunmuş ərazilərdəki mövqelərindən atəş açıb.

Bütün hallarda Azərbaycan tərəfi cavab atəşi açıb. Məlumatı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.