Müdafiə Nazirliyi kəşfiyyat-diversiya qrupunun məhv edildiyini bildirir

Müdafiə nazirliyi

“Fevralın 12-də Qarabağda ermənilərin kəşfiyyat-diversiya qrupu məhv edilib. Qrup əvvəlcədən müəyyən olunaraq, atəşlə məhv edilib”. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Hadisənin harada baş verdiyi açıqlanmır.

Rəsmi məlumata gecə görüş cihazından çəkilmiş videogörüntü əlavə olunub. Görüntülərdə uzaq məsafədə artilleriya atəşinə məruz qoyulan bir qrup görünür.

Öz növbəsində, Ermənistan tərəfi təmas xəttində gərginliyin artdığı və Ağdam istiqamətində Ermənistan mövqelərinə artilleriya və minaatanlardan atəş açıldığı haqqında məlumat yayıb. İtkilər haqqında məlumat verilmir.