Ermənistan mediası Dağlıq Qarabağdakı rəsmi mənbələrə istinadən dumanlı şəriatdən istifadə edən Azərbaycan Ordusunun kəşfiyyat-diversiya qrupunun qarşısını aldığını və bir hərbçini əsir götürdüyü barədə məlumat yayıb.
Məlumata görə, hadisə fevralın 1-də cəbhənin şimal hissəsində, 2016-cı ilin aprelində uğrunda aktiv döyüşlərin getdiyi Talış kəndində baş verib. Nəticədə Azərbaycan Ordusunun 1 hərbçisi yaralanıb və Bərdə şəhərindən olan hərbçi Elnur Hüseynzadə əsir götürülüb.
Azərbaycan Müdafiə Nazirliyinin məttbuat xidməti xəbəri təkizb edib.
“Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fevralın 1-də cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin yaydığı məlumat yalandır. Cəbhə xəttində heç bir aktiv döyüş toqquşması baş verməyib. Erməni tərəfinin yaydığı xəbərdə adı çəkilən Elnur Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil”, mətbuat xidmətinin məlumatında bildirilir.