Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan hərbçisinin meyitinin qaytarılması üçün vasitəçilik etmək istəyir

Beynəlxalq Qırmızı Xaç

“Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) hazırda münaqişə tərəflərinin hakimiyyət orqanları ilə əlaqədədir və bu məsələni yaxından izləyir”.

Bunu APA agentliyinə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Azərbaycan Müdafiə Nazirliyi dekabrın 29-da döyüş zamanı Azərbaycan hərbçisi Çingiz Qurbanovun itkin düşdüyünü bildirib. Erməni tərəfi isə sosial şəbəkələrdə hərbçinin meyitinin fotolarını yayıb və onun cəbhənin ermənilərin nəzarət etdiyi hissəsində qaldığını bildirib.

“Biz meyitin geri qaytarılmasında neytral vasitəçilik etməyə hazırıq”, deyə BQXK-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri qeyd edib.